Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ağzıköpüklü heyvanlar, natəmizlik, satıcı narazılığı – Mal bazarından REPORTAJ

By Vüsal Rafiqoğlu
21.10.2025 2 Min Read

Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı heyvan satışı bazarlarında monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məlum olub ki, heyvan satış bazarlarında təhlükəsizlik tədbirləri görülməyib, dezinfeksiya işləri aparılmayıb. Bu da heyvanların yoluxmasına şərait yaradır. Bu məqsədlə AQTA oktyabrın 25-dən etibarən heyvan satışı bazarlarının fəaliyyətini dayandıracaq.

Məsələ ilə bağlı Bakıdakı heyvan satış bazarına baş çəkdik. Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən, Bakının ən böyük mal-qara satışı bazarlarından olan obyektdə müşahidə apardıq. Müşahidə zamanı məlum oldu ki, həqiqətən də bazarda heyvanların virusa yoluxmadan qorunması üçün heç bir tədbir görülməyib. Bazarda heyvanlar arasında arakəsmələr quraşdırılmayıb, ayrı-ayrı təsərrüfatlardan gətirilən mal-qara eyni yerə toplanır.

Bununla yanaşı, bazarda natəmizlik də hökm sürür.

Bazarda müşahidələrimiz zamanı ona yaxın dabaq xəstəliyinə yoluxmuş, ağzıköpüklü heyvanın satışa çıxarıldığının şahidi olduq.

Müşahidələrimiz zamanı alıcı və satıcılar da hadisədən narahat olduqlarını dedilər. Satıcılar bildirdilər ki, artıq iki aydan çoxdur ki, ölkə ərazisində heyvanlar arasında bu xəstəlik sürətlə yayılır. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyir, bazarlarda alıcılıq qabiliyyəti azalır.

Satıcılar bildirirlər ki, xəstəliyin qarşısını almaq üçün istifadə etdikləri dərman preparatları da olduqca keyfiyyətsizdir:

“Əvvəllər heyvan dabaq xəstəliyinə yoluxurdu, müalicə edirdik, bir həftəyə sağalırdı. İndi xəstəliyə yoluxan heyvanları nə qədər müalicə edirik, sağalmır. Avqust ayından bu xəstəlik sürətlə yayılır. Nə dərmanın təsiri var, nə də müalicənin. Əvvəllər “Penbeks”, “Butalex” dərmanları var idi, onunla müalicə edirdik, sağalırdı. İndi o keyfiyyətdə dərmanlardan heç biri yoxdur. Apteklərdə bir dənə keyfiyyətli dərman, vitamin yoxdur”.

Satıcılar aidiyyəti dövlət qurumundan da şikayətçidir: “Neçə aydır heyvanlar arasında xəstəlik yayılıb. Kənd Təsərrüfatı Nazirliyindən heç kim bazara gəlib maraqlanmır, təsərrüfatlara baş çəkmir. Dövlət dərmanlar və müalicə üçün, dezinfeksiya tədbirlərinə vəsaitlər ayırır. Amma nazirlik işçilərindən heç kim nə bazara gəlir, nə də fermerlərlə maraqlanır. Nə dərman, nə də baytar var! Azərbaycanı gəzsən, barmaqla sayılacaq qədər sovet dönəmindən qalmış yaşlı baytar var. Bir nəfər də olsun gənc kadr yoxdur”.

Satıcılar xəstəliyin qarşısının alınması üçün bazarların bağlanması tədbirini qənaətbəxş adlandırırlar:

“Bir müddət bağlansın, hərə öz malını həyətində müalicə edib sağaltsın. Əks təqdirdə bunun qarşısını almaq mümkün olmayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dabaq xəstəliyi alıcıları qorxuya saldı – bazarda vəziyyət ürəkaçan deyil – VİDEO

Next

incivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv