Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Üç il sonra eyni mənzərə: Belarus mağazası yenə boşdur – REPORTAJ, FOTOLAR

By Vüsal Rafiqoğlu
21.10.2025 4 Min Read

Ukrayna müharibəsinin ilk vaxtlarında boykot edilən Belarus məhsulları mağazasına yenidən baş çəkirik. Üstündən üç ildən çox vaxt keçib, lakin görünən odur ki, zamanın dəyişməsi burada elə də ciddi fərq yaratmayıb.

Musavat.com əməkdaşının müşahidələrinə görə, mağazada hələ də səssizlik hökm sürür. Elə bir səssizlik ki, deyirlər, milçək uçsa, səsi eşidilər. Mağazada olduğumuz müddətdə sadəcə bir-iki alıcıya rast gəldik.

Ziyarət etdiyimiz mağazada bizi sarışın, Belarus milli geyimində, slavyan əsilli xanımlar qarşılayır. Ləhcə ilə danışsalar da, Azərbaycan dilində kifayət qədər səlis və nəzakətli cavab verirlər. Uzun illərdir burada çalışdıqlarından, alıcılarla ünsiyyətdə çətinlik çəkmədikləri görünür. Supermarketlərdə Belarus yağlarına olan tələbatı nəzərə alaraq ilk olaraq yağlarla maraqlanırıq. Satıcı xanım bildirir ki, mağazadakı məhsullar Belarusun müxtəlif zavodlarından gətirilir. Bəziləri Minskdə yerləşən istehsalat müəssisələrinin məhsullarıdır. Digər mağazalarda da “Belarus yağı” adı ilə satılan məhsulların həqiqətən oradan gətirilib-gətirilmədiyi ilə bağlı dolaşan söz-söhbətləri xatırladırıq. Satıcının bu barədə fikri belədir:– Mən elə düşünmürəm. Onlar da Belarus yağıdır. Sadəcə, başqa zavodlardan gətirilir. Fərqli fabriklərdir, amma hər biri Belarus məhsuludur. Ən diqqətçəkən məqam alıcı kütləsindəki dəyişiklik və satışla bağlı müşahidələrdir. Xatırladaq ki, iki il əvvəl müharibə başladıqda bu mağazalara qarşı ciddi boykot kampaniyası başlamışdı. Bu isə həm satışlara, həm də məhsul idxalına mənfi təsir göstərmişdi. İndi isə vəziyyətin necə olduğunu soruşuruq: – İndi hər şey normaldır, – deyə satıcı cavab verir. – Sadəcə bu filialda alıcı azdır. Mərkəzdəki mağazaya daha çox adam gəlir. Əsas müştərilərimiz isə ruslardır.

Bu da maraqlı bir nüansdır: müharibədən sonra belə Belarus məhsullarına maraq göstərənlərin əsas hissəsi yenə də rusdillilərdir. Mağazada hansı məhsulların daha çox satıldığını da öyrənirik. Satıcının sözlərinə görə, alıcıların əsas tələbat göstərdiyi məhsullar “servelat” tipli sosiskalar və müxtəlif növ kolbasalardır. Bu kolbasaların isə hamısı donuz ətindən hazırlanır. Ərzaq qiymətlərinə gəldikdə, burada bəzi məhsullar yerli bazarla müqayisədə xeyli ucuzdur. Məsələn, supermarketlərdə keyfiyyətli xama 4-5 manat arasında dəyişirsə, bu mağazada Belarus istehsalı olan xamanın qiyməti cəmi 1.65 AZN‑dir. Bu, alış-verişini büdcə ilə planlayanlar üçün ciddi fərq yaradır. Yağların da qiymətində fərqlilik hiss olunur – məsələn, 840 qramlıq kərə yağı 22.68 AZN-ə təklif olunur.

Qeyd edək ki, mağazada bəzi məhsulların üzərində qiymət etiketi qeyd olunmayıb. Xüsusilə kiçik ölçülü yağlar və bəzi xamalar üzərində qiymət məlumatı yox idi.
Belarus mağazası vaxtilə müharibənin, siyasi münasibətlərin və ictimai narazılığın fonunda boykotun hədəfinə çevrilmişdi. İndi isə görünür, həmin izlər hələ də tam silinməyib. Müştəri azlığı, məhsul çeşidinin məhdudluğu və ümumi səssizlik bu mağazanın gündəlik mənzərəsinə çevrilib.

Gördüklərimizdən belə nəticəyə gəlmək olar, bəzən alıcıların yaddaşı zamanla silinsə də, bəzi mağazalar üçün cəmiyyətin mövqeyi uzun müddət dəyişməz qalır. Belarus mağazası da bu vəziyyətin canlı sübutudur.

Qeyd edək ki, Belarus məhsullarının Azərbaycana çatdırılması məsələsi son illər dəyişən siyasi və logistik reallıqlarla üzləşsə də, bu sahədə müəyyən irəliləyişlər də müşahidə olunmaqdadır. 2025-ci ilin fevralından etibarən Belarusun logistika operatoru Beltamozhservice, Azərbaycan vasitəsilə İran, Küveyt və BƏƏ kimi ölkələrə məhsul çatdırılması üzrə pilot layihəyə qoşulub. Bu, Azərbaycanın nəqliyyat imkanlarının yeni marşrutlarda sınaqdan keçirilməsi baxımından əhəmiyyətlidir.

Hazırda Belarus məhsulları Rusiya limanları üzərindən dəniz yolu ilə müxtəlif regionlara daşınır və bu təcrübə ölkənin ixrac strategiyasına yön verməkdədir. Eyni zamanda, Belarusun Azərbaycandakı məhsul çeşidləri də genişlənir — artıq 500-dən çox məhsul yerli bazarda təqdim olunub.Bununla belə, müharibə və tətbiq edilən sanksiyalar səbəbilə Baltik limanlarının istifadəsindəki məhdudiyyətlər hələ də logistikada problemlər yaradır. Regionda anbar sahələrinin çatışmazlığı və logistika infrastrukturunun tam optimallaşmaması bu prosesin daha stabil hala gəlməsinə maneədir.

Ekspertlər qeyd edirlər ki, marşrutların dəyişdirilməsi və logistik sistemin yenidən qurulması müsbət addım olsa da, bu, satış və bazardakı reaksiya ilə paralel şəkildə inkişaf etməlidir.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

4-cü kurs tələbəsi qəfil vəfat etdi – FOTO

Next

İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv