Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Naxçıvanda turizm böhranı

By Vüsal Rafiqoğlu
24.10.2025 4 Min Read

Normal PR və yol quruculuğu olsa, Əshabi-Kəhf mağarasına ildə on minlərlə turist cəlb etmək olar 

Naxçıvana gələn turistlərlə bağlı rəsmi statistika açıqlanıb. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib – bu, ötən ilin eyni dövrünə nisbətən 24,3% azdır.

Hesabat dövründə Naxçıvanda 27 355 nəfər xarici turist özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05% azdır.

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb  edib, fərqi görürsünüz?” Pravda.az

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli sosial media hesabında sual edib ki, Naxçıvanda xarici turistlərin özünə aid mənzilləri və ya ailə üzvlərinin mənzilləri varsa, bunun harası turist oldu və ya Naxçıvanda turist kimə deyilir: “Lap maraqlı detal: qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6% azdır.  Ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6% azdır. Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə təxminən 5 nəfər turist düşür. Digər gələnlər isə Türkiyə, Rusiya və s. ölkə pasportu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər. Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır, amma turist sayında kəskin azalma var. Normal PR və yol quruculuğu olsa, bir tək  Əshabi-Kəhf mağarasına ildə on minlərlə turist cəlb etmək olar”.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə çəkilən xərclərin ümumi həcmi 2 milyard 526,8 milyon manat olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% çoxdur. Xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb – 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb. Bununla yanaşı, daxili turistlər digər xərclərə 201,1 milyon manat, idman-əyləncə xidmətlərinə 104,3 milyon manat, yanacağa 39,5 milyon manat, mədəniyyət xərclərinə isə 35,4 milyon manat yönəldiblər. Avtomobil və digər nəqliyyat vasitələrinin icarəsi 23,2 milyon manat, turizm zərflərinin alınması – 18,3 milyon manat təşkil edib.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

 Ceyhun Aşurov

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycana gələn əcnəbi turistlərin sayında 2 faiz azalma olub. Onun sözlərinə görə, turistlərin daha çox səfər etdiyi yay mövsümündə regiondakı gərginliklərlə əlaqəli olaraq səfərlərin sayında azalma daha çox idi: “Hotellərdə qonaqlama 30 faiz aşağı düşmüşdü. Bununla yanaşı, yerli əhalinin turist kimi bölgələrə səfərləri daha çox oldu. Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələdə quru sərhədlərin bağlı olması, gediş-gəlişin ancaq hava yolu ilə mümkün olması əsas maneələrdən biridir. Əvvəllər İrandan, Türkiyədən gələn əcnəbilər Naxçıvana səfər edirdilər, ən azı bir gün qalıb digər bölgələrə səfər edə bilirdilər. Hazırda isə məhdudiyyət çoxdur. Naxçıvanda hazırda müxtəlif islahatlar aparılır. Bu yaxınlarda Naxçıvan Turizm İdarəsi yaradıldı. Bu, turizm siyasətinin koordinasiyasını həyata keçirən sayca 9-cu turizm idarəsidir. Lakin bu, kifayət deyil. Naxçıvanda turizmin inkişafı üçün müxtəlif tədbirlərin görülməsinə ehtiyac var, irimiqyaslı tədbirlərin, festivalların keçirilməsi məqsədəuyğun olar. Naxçıvanın turizm potensialını nəzərə alsaq, bu bölgəyə gəliş-gedişin artacağı gözlənilir. Həm sərhədlər açıldıqdan sonra, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılması, ticarət əlaqələrinin inkişaf etməsi ilə təkcə Naxçıvana yox, bütövlükdə Azərbaycana turist səfərlərinin sayının artması mümkün ola bilər”.

Ekspert hesab edir ki, ölkəmizdə turizm sahəsində inkişafa nail olmaq üçün turistlər üçün gediş-gəlişi rahatlaşdırmaq lazımdır: “Azərbaycanda hazırda qonaqlamanın, o cümlədən restoranlarda qidalanmanın qiymətləri qonşu ölkələrlə müqayisədə o qədər də baha deyil, kifayət qədər rəqabətqabiliyyətlidir. Hazırda əcnəbilər Azərbaycana yalnız təyyarə ilə səfər edə bilirlər. Buna görə də hava limanlarını daha cəlbedici vəziyyətə gətirməliyik. Beynəlxalq hava limanlarımızın səmərəli və effektiv çalışmasını təmin etmək lazımdır. Turizm paketlərində nəqliyyat xərcləri xüsusi paya malikdir. Nəqliyyat xərcləri daha əlverişli olarsa, turistlər üçün bu, ciddi təsiredici amilə çevrilər”.

Ağdam və Füzulinin turizm konsepsiyaları hazırlanıb

Elgün Cavadov

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov bugünlərdə mediaya açıqlamasında bildirib ki, gələcəkdə Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndlərində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır: “Naxçıvanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb. Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla və Arzu Əliyevalar qızları ilə sərgidə… – Fotolar

Next

Ölkədə iş saatını azaltmaq təklifi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv