Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vətəndaşlar kredit borcunu niyə qaytarmır – səbəb gəlirdir, yoxsa..?

By Vüsal Rafiqoğlu
25.10.2025 2 Min Read

Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir.

Gecikmiş kreditlər problemi necə həll edilə bilər, bağışlanması mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanda gecikmiş kreditlərin həcmi getdikcə artır:

“İlk baxışda rəqəmlər kiçik görünsə də, əslində bu tendensiya çox ciddi təhlükənin xəbərçisidir. Doğrudur, hazırda problemli kreditlərin ümumi kredit portfelində payı təxminən 1,8 faiz civarındadır. Bu göstərici kritik hədd sayılmasa da, vəziyyətin davamlı şəkildə pisləşməsi narahatlıq doğurur. Adətən bu rəqəm 3 faizi keçəndə artıq “həyəcan təbili” çalınır və dövlət qurumları ilə bank sektorunun ciddi tədbirlər görməsi zərurətə çevrilir.

Hazırda gecikmiş kreditlərin ümumi məbləği çox böyük olmasa da, təhlükəli olan məqam onların hər ay artmasıdır. Statistik tendensiya göstərir ki, demək olar, hər ay problemli kreditlərin sayı və həcmi artır. Bu isə birbaşa insanların gəlirlərinin azalması və kredit öhdəliklərini yerinə yetirmək imkanlarının məhdudlaşması ilə bağlıdır.

Əgər vətəndaşlar aldıqları kreditləri qaytara bilmirsə, deməli, onların real gəlirləri ya azalıb, ya da inflyasiyanın təsiri altında dəyər itirib. Yəni insanların xərcləri artır, gəlirləri isə eyni templə artmır.

Belə şəraitdə bəzi vətəndaşlar “problemli kreditlərin bağışlanması” məsələsini yenidən gündəmə gətirirlər. Lakin bu addımın atılacağı gözlənilmir. Çünki bu mövzuda artıq onlarla, hətta yüzlərlə məhkəmə qərarı var və hüquqi proseslər davam edir. Banklar kreditlərini geri almaq üçün məhkəmələrə müraciət edirlərsə, deməli, bu, onların maliyyə sabitliyinin qorunması baxımından qaçılmaz addımdır.

Əslində, əsas diqqət kreditlərin bağışlanmasına deyil, artımın səbəblərinin araşdırılmasına yönəlməlidir. Problemin kökündə insanların real gəlirlərinin azalması, inflyasiyanın alıcılıq qabiliyyətini zəiflətməsi və əmək bazarındakı qeyri-sabitlik dayanır. Bu amillər aradan qaldırılmadan nə kredit yükü azalacaq, nə də bank sektoru dayanıqlı sabitliyə qovuşacaq.

Yekun olaraq demək olar ki, gecikmiş kreditlərin payı hələ kritik həddi keçməsə də, artım dinamikası narahatlıq doğurur. Hökumət və Mərkəzi Bank bu siqnalı vaxtında dəyərləndirməli, insanların gəlirlərini artırmağa, kredit yükünü optimallaşdırmağa və maliyyə savadlılığını yüksəltməyə yönəlmiş addımlar atmalıdır. Əks halda, bu kiçik faiz göstəricisi yaxın aylarda iqtisadi sabitlik üçün ciddi təhdidə çevrilə bilər”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Regionlarda yeni universitetlərin açılması gözlənilir?

Next

“ƏDV geri al” gözəllik salonlarını silkələdi – qiymətlər qalxacaqmı?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv