Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Soğanın “göynədən” qiyməti

By Vüsal Rafiqoğlu
31.10.2025 4 Min Read

Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər 

Bu il bır sıra regionlarda soğan sahələrindən bol məhsul toplanıb. Rəsmi rəqəmlər hələ açıqlanmasa da, regionlardan yayılan məlumatlar göstərir ki, əsas soğançılıq bölgəsi olan Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər.

“Xəzər-xəbər”in məlumatına görə,  Ağdam rayonunda fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər. Fermerlər bildirir ki, hazırda 30-35 kiloqramlıq soğan kisələrini onlardan 5-6 manata almaq istəyirlər, amma bu qiymət onlar üçün zərərlidir. Halbuki təkcə hazır məhsulu sahədən yığıb anbara gətirmək bir kisə üçün 3,5 manata başa gəlir. Fermerlərin dediyinə görə, onlar soğanı onlardan istənilən qiymətə satsalar, hər hektara 3-4 min manat zərər edəcəklər.

Nəticədə fermerlər satılmayan soğanı anbarlarda, həyətyanı sahələrdə saxlamağa məcbur olurlar. Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixracın olmamasını göstərirlər. Fermerlər hazırda əllərində olan məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını bildiriblər.

Xatırladaq ki, soğanın maya dəyərindən ucuz satılması üzündən fermerlərin zərərə düşməsi halı ilk dəfə yaranmır. Ötən illərdə dəfələrlə fermerlər sata bilmədikləri soğanın saxlama üçün əlverişli olmayan anbarlarda  məhv olmasından şikayətləniblər.

Rəsmi statistika Azərbaycanın soğanla özünü tam təmin etdiyini deyir.  Ölkənin ərzaq balansından aydın olur ki, Azərbaycanda əhalinin illik soğan istehlakı 270-300 min ton civarındadır. Daha 30-33  min ton itkiyə gedir. Hər ilin yekununda növbəti ilə 60-65 min ton soğan entiyatı ilə keçirik. Yerli soğan istehsalı davamlı olaraq artaraq illik 310 min ton civarına çatıb. Soğan əkini sahələri bir neçə il azalıb – 2019-cu ildəki 12,4 min hektardan 2022-ci ildə 10,2 min hektara düşüb. Lakin 2022-ci ildə regionda qeydə alınan soğan qıtlığı və qiymət bahalaşması bu məhsula marağı artırdığına görə əkin sahələri 2023-cü ildə 11 min ha-ya, 2024-cü ildə isə 12,2 min ha-ya qədər artıb.

2019-cu ildə 12 389 hektar sahədən 267 229 ton,  2021-ci ildə 11 647 hektardan 286 375 ton, 2022-ci ildə 10221 hektar sahədən 275 195 ton, 2023-cü ildə 11 min hektar sahədən 310 259,4 ton, 2024-cü ildə 12,2 min ha sahədən 364 390,7 soğan əldə olunub.

Soğan ixracında da artım var. Belə ki, 2022-ci ildə 12 939 tondan 2023-cü ildə 22 592 tona yüksəlib, 2024-cü ildə xeyli azalaraq 21 439 tona düşüb. 2025-ci ilin yanvar-sentyabrında soğan ixracı cəmi 12 434,98 ton təşkil edib. Satışın 90 faizdən çoxu Gürcüstan və Rusiyaya reallaşıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ixrac 18102,62  ton təşkil etmişdi, ixrac coğrafiyası daha geniş olmuşdu: Gürcüstan və Rusiyadan əlavə Ukrayna və İraqa da irihəcmli satış qeydə alınmışdı.

Nəzərə alsaq ki, Azərbaycandan soğan əsasən soyuq qış aylarında və erkən yazda – faraş formada ixrac olunur, onda bu ilin sonunadək ümumi ixrac həcminin 15 min tona ancaq çatacağını söyləyə bilərik.

Dünya təcrübəsi göstərir ki, ixracın azaldığı bir vaxtda bol məhsulun olması əksər ölkələrdə fermerlər üçün ciddi problem yaratmır. Buna iki amil təsir edir: əvvəla, dövlət fermerləri zərərdən qorumaq üçün sata bilmədiyi məhsulu maya dəyərindən müəyyən qədər artıq qiymətə alır. Bu, bütün dünyada, o cümlədən qardaş Türkiyədə tətbiq olunan başlıca dövlət dəstəyi mexanizmidir. Təəssüflər olsun ki, Azərbaycanda heç bir məhsul üzrə dövlətin belə dəstəyi tətbiq olunmur. 

Fermerləri zərərdən qoruyan ikinci amil emal sənayesidir. Son illərdə dünyada soğanın sənaye istehlakı sürətlə artır. Qurudulmuş soğan bazarının həcmi 800 milyon dollardan yuxarıdır. Halbuki 5 il əvvəl 200 milyon dolları keçmirdi. Qurudulmuş soğandan quru konservləşdirilmiş yeməklərin istehsalında geniş istifadə olunur. Bu sahə xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək sürətlə inkişaf edir. Həmçinin Çin və Hindistanda inkişaf templəri getdikcə artır. Yenə təəssüflə qeyd edək ki, Azərbaycanda aqrar məhsulların istehsal zənciri son məhsula qədər deyil, xammalın əldə olunmasına qədərdir.

Azərbaycanda regionlarda məhsulun fermerin əlində qalıb zay olmasının daha bir səbəbi əsas bazarların olduğu Abşerom yarımadasına, xüsusilə Bakı bazarlarına girişin inhisraçı qrupların əlində olmasıdır. Çox təəssüflər olsun ki, uzun illər boyudur davam edən bu problem aradan qaldırılmır. Nəticədə bu gün Ağdamda kilosu 10 qəpiyə olan soğan Bakıda 60-70 qəpiyə satılır.

Ölkəmizdə daha bir problem soğanı saxlamaq üçün lazımi şəraitə malik anbarların olmamasıdır. Belə anbarlar olmadığına görə sıravi fermer məhsulu ən yaxşı halda yanvar ayına qədər saxlaya bilir, o vaxtı keçəndə məhsul cücərərək məhv olur. Belə şəraitdə fermerlər məhsulun çox hissəsini yanvara qədər satmağa çalışır ki, qiymətlərə salıcı təsir göstərir.

 

 

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın rəhbəri Vüqar Qurbanovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda soğan istehsalçılarının əsas problemi maya dəyərinin yüksək olmasıdır: “Əvvəla, soğançılıq sahəsində bir problem planlı əkinin olmamasıdır. Yəni fermerlər bazarı təhlil etmədən soğan əkirlər, nəticədə tələbatdan çox məhsul əldə olunur və sonra da satış problemi yaranır. Digər tərəfdən, məhsulun maya dəyəri yüksək olduğuna görə aşağı qiymətə satışda fermer ziyana düşür. Maya dəyərini yüksəldən əsas məsələ toxumun xaricdən alınmasıdır. Bu gün Azərbaycanda keyfiyyətli toxum istehsalı yoxdur deyə fermerlər toxumu baha qiymətə xaricdən alırlar. Eyni zamanda gübrələr də xaricdən alınır. Bundan əlavə, soğan əl əməyi tələb edən bitkidir. Bu sahədə çalışan insanlar iş qiymətini qaldırıblar, həmçinin əkində istifadə olunan texnikanın icarə haqqı qaldırılıb. Bütün bunlar məhsulun maya dəyərini artırır”.

Assosiasiya rəhbəri bildirir ki, Azərbaycanda soğan istehsalçıları xırda təsərrüfatlar olduğuna görə xarici bazardan məlumatsızdırlar: “Bu səbəbdən də xarici bazar üçün olan növlərdən deyil, daha çox yerli bazara uyğun növləri yetişdirirlər. Buna görə də toplanan məhsulu ixrac etməkdə də çətinlik yaranır”.

Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə – yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. V.Qurbanovun dediyinə görə, artıq ölkədə payızlıq soğan əkini başa çatıb: “Bu il payızlıq soğan əkinləri kəskni azalıb. Deyərdim ki, 40 faizə qədər. Yazlıq əkinlərin nə qədər olacağını deyə bilmərəm indi”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan İrəvana Əliyevsiz gedəcək? – Sonuncu “ev tapşırığı”

Next

Prezident İlham Əliyevin bu səfərini qürurla izlədik!

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv