Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub

By Vüsal Rafiqoğlu
01.11.2025 6 Min Read

Açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.

“İki sahil” xəbər verir ki, rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.

Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My Oceans”) sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin təqdimatı keçirilib.

Açılış tədbirində qonaqlar “DanceAbility Azərbaycan” tərəfindən hazırlanan rəqsi də izləyiblər. “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin hədəfi ustad dərsləri, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

İncəsənət festivalının açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, bu günlərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində çox mötəbər tədbirlər keçirilir. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfədir ki, böyük “Art Weekend” Bakıda keçirilir. A.Ələkbərov qeyd edib ki, festival çərçivəsində paytaxtda 40-a yaxın incəsənət tədbirinin keçirilməsi nəzərdə tutulur: “Çox sevindirici haldır ki, incəsənətsevərlər bu gün burada bir araya gəliblər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqları salamlayıram. Fürsətdən istifadə edərək, Bakı sakinlərini, qonaqlarımızı bu gözəl tədbirləri izləməyə dəvət edirik. Hazırda Heydər Əliyev Mərkəzində ənənəvi sərgilər, konsertlər və konfranslar keçirilir. Bu gün isə məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri burada nümayiş etdirilir”.

“Bədii formanın təntənəsi” sərgisinin kuratoru, Fernando Boteronun qızı Lina Botero çıxışında atasının yaradıcılığının mahiyyətinin, rəssamlıq və heykəltaraşlığın paralel inkişafı ilə bağlı olduğunu deyib: “Atam bir tərəfdən rəngkarlıqla məşğul olur, digər tərəfdən barmaqlarının gücü ilə formalar yaradaraq heykəllər ərsəyə gətirirdi. Bu gün onun monumental heykəlləri dünyanın bir çox böyük şəhərində sərgilənir. Əsərləri ən məşhur məkanlarda – Parisdəki “Champs-Élysées” prospektində, Nyu-Yorkdakı “Park Avenue”da nümayiş etdirilib. Ötən il, 2024-cü ildə isə Roma şəhərinin tarixi mərkəzində onun növbəti heykəltaraşlıq sərgisi açılıb”.

Lina Botero vurğulayıb ki, bu sərgilərdə təqdim olunan əsərlər Fernando Boteronun özünəməxsus, sadə, lakin dərin mənalı yaradıcılıq üslubunu əks etdirir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycan rəssamlarının hər zaman Latın Amerikası sənətinə böyük marağı olub: “Həm onun təsviri sənətinə, həm ədəbiyyatına, həm də musiqisinə dərin maraq göstərilib. Bir çox rəssamımız Latın Amerikası sənətkarlarının yaradıcılığından ilham alıblar”, – deyə Fərhad Xəlilov diqqətə çatdırıb.

Sonra Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” sərgisi ilə tanışlıq olub.

Kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə “Boterismo” üslubunu yaratmış Fernando Boteronun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Bədii formanın təntənəsi” adlı fərdi sərgisində rəssamın 100-dən çox məşhur əsəri təqdim edilir.

Sərgidəki əsərlər kolumbiyalı rəssamın 70 il ərzində yaratdığı sənət nümunələridir. Müəllifin işləri parlaqlığı, həyat doluluğu ilə seçilir. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.

Fernando Botero dünyada geniş auditoriyanın diqqətini özünə çəkə bilib.

30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən, milyonlarla izləyicisi olan rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü “kolumbiyalıların ən kolumbiyalısı” adlandıran Boteronun əsərlərindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib.

Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas mövzusu isə “Art Weekend” layihəsi ilə birbaşa əlaqəlidir. Festivalın əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas məqsədi də su ehtiyatlarının qorunmasına çağırışdır. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. 2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan sərgi Bakıda ilk dəfədir təşkil edilir.

Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərlər təqdim olunur. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir edilir. Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işlər vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarışını dünyaya ötürür.

İtalyan heykəltaraş Cüzeppe Karta jurnalistlərə açıqlamasında “Art Weekend”in beynəlxalq səviyyəli tədbir olduğunu və layihənin şəhərin müxtəlif məkanlarında keçirildiyini bildirib. O qeyd edib ki, bu gün XX əsrin ən görkəmli heykəltaraşlarından olan Fernando Boteronun sərgisi açılır: “Düşünürəm ki, bir çox insan hələ onun yaradıcılığı ilə tanış deyil və bu sərgi onlar üçün maraqlı bir kəşf olacaq”.

İncəsənət müşaviri və kurator Viola Raikhel Azərbaycanda olduğu üçün böyük qürur hissi keçirdiyini bildirib: “Çox maraqlı bir həftəsonu yaşayırıq. Burada, Heydər Əliyev Mərkəzində bu qədər qeyri-adi sənət nümunələrini görmək məni tamamilə heyrətləndirir”.

Nyu-Yorkdan gələn naşir Sem Moris Azərbaycana ilk səfəri olduğunu bildirib. O qeyd edib ki, Bakının möhtəşəm memarlığı, ləziz təamları və zəngin mədəniyyəti var. “Zənnimcə, incəsənətdən dünyaya vacib mesajların yayılması üçün bir platforma kimi istifadə zəruridir. Təkrar emal, aşağı karbon izinə sahib olmaq və okean həyatına hörmətlə yanaşmaq okeanları təmiz saxlamaq səylərinə böyük töhfə verə bilər”, – deyə Sem Moris diqqətə çatdırıb.

İncəsənət tarixçisi və kuratoru Zelfira Tequlova bildirib ki, XX əsrin ən görkəmli rəssamlarından olan Fernando Boteronun sərgisinin açılışı Bakıda “Art Weekend”ə təsadüf edir. “Onun sənəti hər kəsə xitab edir, çünki böyük pozitiv enerji daşıyır, həm milli Kolumbiya ənənələrinə, həm də Meksikanın muralist məktəbinə bağlıdır. Eyni zamanda, Avropa klassik incəsənətinin dərin biliklərini özündə əks etdirir. Botero bütün bu təsirləri bənzərsiz şəkildə birləşdirir. Belə bir sənət hadisəsini Bakıda yaşamaq böyük sevincdir”, – deyə Zelfira Tequlova diqqətə çatdırıb.

Qeyd edək ki, paytaxtımızda ilk dəfə təşkil olunan “ART Weekend” festivalı noyabrın 2-dək davam edəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

10 oldular: daha hansı başçıya həbs yolu görünür?

Next

AZƏRBAYCAN DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ – VƏTƏN MÜHARİBƏSİ

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv