Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

8 Noyabr- Zəfərin mənəvi və siyasi əhəmiyyəti

By Vüsal Rafiqoğlu
05.11.2025 4 Min Read

Azərbaycan tarixində 2020-ci ilin payızı xüsusi bir səhifə kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi və illərlə davam edən işğal siyasətinə son qoydu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də mənəvi, milli və siyasi müstəvilərdə dönüş nöqtəsi oldu. Azərbaycan xalqının tarixi iradəsi, milli həmrəyliyi və dövlət rəhbərliyinin strateji uzaqgörənliyi bu zəfəri mümkün etdi.

Müstəqillik illərində Azərbaycan rəhbərliyi qarşısında ən mühüm məqsəd dövlətin möhkəmlənməsi və ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Prezident İlham Əliyev bu istiqamətdə mərhələli və uzunmüddətli strategiya həyata keçirmişdir. O, hərbi sahənin inkişafı ilə yanaşı, diplomatik, iqtisadi və informasiya müstəvilərində kompleks siyasət yürüdərək Zəfərin əsaslarını illərlə formalaşdırmışdır.

Milli Kitabxanada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi açılıb -  AZƏRTAC

İlham Əliyev illər boyu beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edərək, sülh və beynəlxalq hüquq prinsiplərinin bərpası üçün diplomatik mübarizə aparmışdır. Bu dövr ərzində dövlət rəhbərliyi həm hüquqi, həm də mənəvi üstünlüyü Azərbaycan tərəfinin tərəfində saxlaya bilmişdir.

Prezidentin rəhbərliyi ilə “müasir Azərbaycançılıq ideyası” – milli birliyin, vətənpərvərliyin və dövlətə sədaqətin ideoloji dayağı kimi formalaşdı. Bu ideya 44 günlük müharibə zamanı xalqın hər bir fərdini bir məqsəd ətrafında birləşdirdi və Zəfərin mənəvi gücünü təmin etdi.Zəfər Azərbaycan xalqının milli kimliyinin, qürur və ləyaqət hissinin yenidən təsdiqi oldu. Uzun illər işğal altında qalan torpaqların azad edilməsi yalnız siyasi deyil, mənəvi reabilitasiya aktı kimi də qiymətləndirilməlidir. Bu qələbə xalqın öz tarixi köklərinə, əcdadlarının qəhrəmanlıq ənənələrinə bağlılığını yenidən gücləndirdi.

Müharibə dövründə bütün Azərbaycan xalqı – ölkə daxilində və diasporada – “Bir millət, bir yumruq” prinsipi ətrafında birləşdi. Dini, etnik və sosial fərqlər arxa plana keçdi, ümummilli ideya olan “Vətən” anlayışı hər bir fərdin şüurunda ali dəyərə çevrildi. Bu mənəvi yüksəliş xalqın gələcək nəsillərinə də örnək olacaq dərin bir milli yaddaş formalaşdırdı.

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu imzaladı |  Modern.az

Uzun illər işğal altında qalan torpaqların azad edilməsi Azərbaycan xalqında milli qürurun yenidən dirçəlməsinə səbəb oldu. Bu qürur təkcə müharibə meydanında deyil, bütün sahələrdə – elm, mədəniyyət, diplomatiya və idmanda öz əksini tapmağa başladı.

Zəfərin mənəvi dayağı şəhidlərimizin qanı ilə möhkəmlənmişdir. Onların igidliyi Azərbaycan xalqının mənəvi irsinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu, gənc nəsildə Vətənə sədaqət, qəhrəmanlıq və mərdlik hissini gücləndirir.

Qarabağın işğaldan azad olunması təkcə hərbi deyil, həm də mənəvi ədalətin bərpası idi. Bu, yüz illərlə xalqın yaddaşında qalan ədalətsizliyin sonu, tarixi borcun ödənməsi oldu.

8 noyabr - Zəfər Günüdür

Qələbə Azərbaycanı regional güc mərkəzinə çevirdi. Hərbi və diplomatik uğurlar nəticəsində ölkəmiz beynəlxalq səviyyədə söz sahibi oldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artırdı. Cənubi Qafqazda yeni siyasi düzən yaratdı. Ermənistanın təxribatçı siyasətinin iflası, Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə sülh və əməkdaşlıq üçün yeni perspektivlər açdı. Zəngəzur dəhlizi kimi layihələr regionun strateji əhəmiyyətini dəyişdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər təkcə hərbi qələbə deyil, həm də yeni regional və beynəlxalq geosiyasi reallığın formalaşması demək idi. Bu qələbə nəticəsində Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgədə kommunikasiya xətlərinin bərpası və yeni iqtisadi dəhlizlərin açılması üçün siyasi-hüquqi zəmin yaratdı. Bu baxımdan Zəngəzur dəhlizi ideyası Zəfərin birbaşa nəticəsi və onun strateji davamıdır.

2020-ci il 10 noyabr tarixli bəyanat bölgədə yeni siyasi və nəqliyyat balansı yaratdı. Bu sənədin 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasına zəmanət verir. Bu müddəa, əslində, Zəfərin siyasi nəticəsidir, çünki bu razılaşma yalnız Azərbaycanın qalib tərəf kimi diktə etdiyi yeni reallıq əsasında mümkündür.

8 Noyabr - Zəfər Günüdür! - Aayda.gov.az

Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Naxçıvan Muxtar Respublikası və oradan da Türkiyə ilə quru yolla birləşdirəcək strateji kommunikasiya xəttidir. Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Türk dünyası arasında iqtisadi, logistik və mədəni əlaqələri möhkəmləndirəcək və Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini gücləndirəcəkdir. Beləliklə, bu layihə həm Azərbaycanın milli maraqlarına, həm də bütün regionun sabitliyinə xidmət edir.

Zəfər olmasaydı, Ermənistan heç vaxt belə bir kommunikasiya xəttinə razılıq verməzdi. Qələbə nəticəsində Azərbaycanın bölgədə diktəedici mövqeyi yarandı. 10 noyabr bəyanatı bu üstün mövqenin hüquqi təzahürüdür.

Zəfərdən sonra Cənubi Qafqazda güc mərkəzi dəyişdi. Azərbaycan və Türkiyə tandeminin rolu regionun nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırdı. Zəngəzur dəhlizi bu balansın mərkəzi halqasına çevrildi.

Zəfər dövlətin hərbi, diplomatik və ideoloji sütunlarını gücləndirdi. Dövlətin gücü xalqın inamı ilə birləşərək, müstəqil Azərbaycan Respublikasının möhkəm siyasi əsaslarını formalaşdırdı. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Azərbaycanın siyasi iradəsinin davamıdır. “Böyük Qayıdış” proqramı Zəfərin siyasi nəticələrinin praktik təzahürüdür.  Bu, həm də müasir dövlət idarəçiliyinin sülh dövrünə keçidinin nümunəsidir.

Bu qələbə milli yaddaşda müstəqilliyin qorunmasının, birliyin və liderlik amilinin önəmini göstərdi. Zəfər ideyası artıq Azərbaycan dövlətinin ideoloji sütunlarından biridir – “Güclü ordu, güclü dövlət və güclü xalq” anlayışını özündə birləşdirir.


WhatsApp Image 2025-11-05 at 11.57.56.jpeg (128 KB)
İradə Sərdarova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti,
YAP Nəsimi rayon təşkilatının üzvü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Bu ifadə güc xatirinə güc bəyannaməsi deyil”

Next

Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv