Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kremlin Qarabağda son ümidi necə dəfn edildi?

By Vüsal Rafiqoğlu
08.11.2025 3 Min Read

2023-cü ilin antiterror əməliyyatı olmasaydı, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddəti cəmi iki gün sonra – 10 noyabr 2025-ci ildən daha 5 il uzadıla bilərdi. Söhbət 10 noyabr (2020) kapitulyasiya sənədinin 4-cü bəndindən gedir.

Orada deyilirdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır”.

Zərrəcə şübhə yox ki, Rusiya bunu çox istəyirdi, buna çalışırdı. Hətta Bakının etiraz etməyəcəyinə əmin idi. 5-10 il nədir, Rusiya Qarabağda əbədiyyən qalmaq niyyətində idi. Torpağımıza həmişəlik qayıtmış kimi özünü aparırdı. Xocalıda Azərbaycan dövlətinin razılığı olmadan tariximizə dəxli olmayan rus ədib və hərbi xadimlərinin, erməni əsillilərin büstlərinin qoyulması, qondarma “Rus icması”mın yaradılmasına başlanması, xunta rejiminə hər cür dəstək verilməsi bunun danılmaz və bariz sübutları idi…

Fəqət, müzəffər Ordumuz bütün planları alt-üst etdi. O dərəcədə ki, Nikol Paşinyan “Qarabağ Azərbaycandır” söylədi. Yeri gəlmişkən, bu gün o, eyni mövqeni bir daha bəyan edib. Təəssüflə onu da bildirib ki, hələ 2018-2019-cu ildə bunu eləməli idi. “Bu mənim səhvim idi” – Nikol diqqətə çatdırıb.

Beləcə, Paşinyan Qarabağın əsl yiyəsinin kim olduğunu bütün dünyaya etiraf və bəyan eləməklə Kremli, Putini möhkəm qəzəbləndirmiş oldu. Axı Moskvanın hədəfi bambaşqa idi: konflikti gələcək nəsillərə saxlamaq, idarə etmək, bu yolla Azərbaycan və Ermənistanı həmişə öz orbitində saxlamaq. Səylər puça çıxdı…

Dünən Rusiya XİN-in Zəfərimizin 5 iliyi ilə bağlı yaydığı şablon bəyanatda “sülhməramlı” kontingentin “müsbət rolu”ndan danışılır. Həmçinin 11 yanvar 2021-ci ildə Moskvada kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun, 26 noyabr 2021-ci ildə Soçidə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların yaradılması barədə razılığın əldə olunması və 31 oktyabr 2022-ci ildə Soçi görüşündə humanitar məsələlərin həllinin önə çəkilməsi qeyd olunur.

Rusiya bu sənədlərin hamısının öz aktuallığını saxladığı, “sülh prosesinin yol xəritəsi” olduğunu, Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamasının vacibliyini vurğulayır. “Moskva Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə, həm ikitərəfli formatda, həm də “3+3” regional platforması çərçivəsində vasitəçilik etməyə hazırdır”, – bəyanatda deyilir…

Ancaq siyasətdə, diplomatiyada eyni “suya” iki dəfə girmək mümkünsüz. Rusiya isə həm 10 noyabr sənədini, həm də sonrakı illərdə Putinin imzaladığı digər üçtərəfli bəyanatları (Moskva, Soçi) təzə kimi təqdim edib onları regiona geri dönüş üçün sanki “yol xəritəsi” qismində görür. Bölgəni 5 il öncəyə qaytarmaq niyyəti ilə yaşayır. Vasitəçilik təklifi də məhz eyni məqsədlə edilir.

Buna isə lüzum qalmayıb. Bakı və İrəvan heç bir vasitəçi olmadan, ikitərəfli formatda sülh müqaviləsini artıq paraflayıb. Sərhədin müəyyən hissəsi delimitasiya və demarkasiya edilib. ATƏT-in Minsk Qrupu ləğv olunub. Qarşılıqlı etimad yönündə bir sıra mühüm addımlar atılıb. Azərbaycan üzərindən Ermənistana artıq taxıl tədarükü başlayıb və s.

Nəhayət, aradan yetərincə zaman keçib. Ağ Evdə məlum sənədlər imzalanıb. Təyyarə faciəsi baş verib. Hansı sınaqdan ki, Rusiya çıxa bilmədi. Ən əsası, bu olay Ukraynaya təcavüz fonunda Kremlin təkcə Azərbaycana deyil, ümumən bölgəyə qarşı xoşməramlı olmayan niyyətlərini çılpaqlığı ilə ortaya çıxardı.

Odur ki, Moskva həqiqətən səhvlərini anlayıbsa və barışıq prosesinə real töhfə vermək istəyirsə, o zaman yolu bəlli: köməyi heç kəsə gərək deyil, barı böyük sülhə əngəl yaratmasın!..

Z.SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təkcə yağları deyil, bədbəxt düşüncələri də yandıran pəhriz

Next

Bakıda hərbi paradda “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv