Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vardanyanın Bakıdan sarsaq çağırışı – Maddəsi ağırlaşa bilər

By Vüsal Rafiqoğlu
08.11.2025 3 Min Read

Keçmiş xunta rejiminin üzvünün oğlu ilə telefon danışığı yayılıb – növbəti “qəhrəmanlıq” şousu

Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır”, “insan özündə işığı və xeyiri daşımalıdır” və və bu kimi təxribatçı fikirlər səsləndirib. Təbii ki, bu bəyanatlar real vəziyyətdən yerlə göy qədər uzaqdır və yalnız emosional təsəlli xarakteri daşıyır. Vardanyan  Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma “dövlət”, “nazirlik” və “ordu” strukturunun maliyyələşdirilməsi və idarə olunmasına rəhbərlik edib. O, Qarabağ bölgəsində separatizmin gücləndirilməsi, silahlı dəstələrin təchiz edilməsi, Azərbaycan ordusuna və dinc şəhərlərə raket hücumlarında iştirak, eləcə də yerli əhaliyə qarşı qanunsuz təsir mexanizmlərinin yaradılması ilə bağlı istintaqa cəlb olunub. 

Hazırda Vardanyan barəsində istintaq davam edir və o, törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Amma belə çıxır, o öz əməllərindən hələ də peşman deyil və axmaq ideyalarla yaşamağa davam edir, Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi əleyhinə yenə fikirlər səsləndirir. Onun separatizmə və işğalçılığa çağırış anlamı verən yuxarıdakı sarsaqlaması  maddəsini ağırlaşdıra bilərmi?

Mənə vəkil kimi heç bir təzyiq yoxdur” — Cavad Cavadov

 Cavad Cavadov

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Vardanyan növbəti dəfə öz “qəhrəmanlıq” şousunu nümayiş etdirib: “Onun oğlu ilə telefon danışığı zamanı səsləndirdiyi ifadələr cəmiyyət tərəfindən haqlı olaraq qəzəblə qarşılanıb. Bu sözlər təkcə emosional təsəlli deyil, Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq çağırış kimi qiymətləndirilməlidir: ”Çünki Ruben Vardanyan Qarabağda qanunsuz “dövlət”, “nazirlik” və “ordu” strukturunun maliyyələşdirilməsində, separatizmin idarə olunmasında və silahlı birləşmələrin təchizatında birbaşa iştirak edib. O, Azərbaycan Ordusuna və dinc əhaliyə qarşı hücumların maliyyə dayaqlarını təşkil edən şəxslərdən biridir. Hazırda Vardanyan barəsində istintaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması) və 280.2 (dövlət əleyhinə açıq çağırışlar) maddələri ilə aparılır.

Bu cür çıxışlar, xüsusilə işlətdiyi sarsaq ifadələr, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təbliğatdır. Cinayət Məcəlləsinin 281.2-ci maddəsi məhz bu tip hərəkətləri əhatə edir. Hətta bu fikir xaricə ötürülüb ictimailəşdirilirsə, bu, artıq təkrar və davamlı niyyət kimi dəyərləndirilə bilər. Hüquqi dildə desək, bu, cinayət tərkibinin genişlənməsi deməkdir. Onun son “çıxışı”- yəni telefon danışığında səsləndirdiyi separatçı fikirlər Cinayət Məcəlləsinin 281.2-ci – Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar maddəsinin tətbiqinə əsas yarada bilər. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əgər istintaq həmin danışığı yeni sübut kimi qiymətləndirsə, Vardanyanın ittihamları ağırlaşdırılmış cinayət tərkibli əməllərlə birləşdirilə bilər”.

Cavad Cavadov deyib ki, məhkəmə təcrübəsində təqsirləndirilən şəxsin öz əməllərinə münasibəti, yəni peşman olub-olmaması mühüm amil olaraq nəzərə alınır: “Ruben Vardanyan bu sarsaq bəyanatı ilə bir daha göstərir ki, o, nə törətdiyi cinayətin məsuliyyətini anlayır, nə də ondan imtina etmək niyyətindədir. Bu isə onun üçün yalnız mənəvi deyil, həm də hüquqi baxımdan çətin nəticələr doğura bilər. Məhkəmə orqanları adətən belə inadkar davranışı cəzanı yüngülləşdirən deyil, ağırlaşdıran hal kimi nəzərə alır. Ruben Vardanyanın Bakıdan sarsaq çağırışı isə bir daha sübut edir ki, o, hələ də reallıqdan uzaq, məğlub ideologiyanın girovudur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə oynamaq istəyən hər kəs bilməlidir ki, qanun qarşısında ümid deyil, yalnız məsuliyyət var. Hər hansı bir sərsəm açıqlama ilə cəzadan yayınmaq mümkün deyil”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfərin və mədəniyyətin beşiyi: Şuşa

Next

Paşinyan Göyçədən danışdı və… çaşdı – Bakıdan sərt cavab

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv