Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Diş həkimlərinin total yoxlanması – təhlükə, yoxsa…

By Vüsal Rafiqoğlu
14.11.2025 3 Min Read

Professor deyir ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar – oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Əvvəllər də stomatoloji klinikalarda yoxlamalar aparılıb, bir çoxu bağlanıb. Lakin göründüyü kimi, bu problem həllini tapmır. Hələ də lisenziyadan kənar iş və fəaliyyət göstərən belə kabinetlər var.

Bəs bu problemin qarşısını tamamilə necə almaq olar? Lisenziyadankənar özəl tibb fəaliyyəti olan belə məntəqələr qapadılmalıdır, yoxsa yoxlanılıb lisenziya verilməlidir? Həmin stomatoloqların lisenziya almamaqda marağı nədir? Bu klinikaların adları və ünvanı da açıqlansa, daha yaxşı olmazdımı?

Əksər ölkələrdə stomatoloji və digər tibbi xidmətlərin lisenziyalaşdırılması və tənzimlənməsi kifayət qədər ciddi həyata keçirilir, çünki qanunsuz fəaliyyət həm vətəndaşların sağlamlığına, həm də etibara ciddi zərər verir. Məsələn, ABŞ-də stomatoloji fəaliyyət əsasən ştat səviyyəsində lisenziyalaşdırılır və hər ştatın Dental Board-u fəaliyyət göstərir. Həkimlər həm lisenziya, həm də davamlı professional inkişaf sertifikatı əldə etməlidirlər. Lisenziyasız fəaliyyət cinayət və inzibati məsuliyyət doğurur, lisenziyası dayandırılmış həkimlərin adları isə ictimaiyyət üçün açıq elan olunur.

Avropa ölkələrində həm dövlət, həm də peşəkar assosiasiyalar nəzarət funksiyasını yerinə yetirir. Məsələn, Almaniyada hər stomatoloq Zahnarztkammer tərəfindən qeydiyyatdan keçməli və lisenziya ilə sertifikatlarını yeniləməlidir. Lisenziyası olmayan klinikalar qanunsuz sayılır və bağlanır. Böyük Britaniyada General Dental Council bütün stomatoloqları qeydiyyata alır və qanunsuz fəaliyyət ciddi cərimə və bağlanma ilə nəticələnir. Avstraliyada hər həkim Dental Board of Australia-da qeydiyyatdan keçməli və sertifikat olmadan fəaliyyət cinayət məsuliyyətinə səbəb olur. Yaponiya kimi ölkələrdə isə klinika açmaq üçün dövlət lisenziyası vacibdir və müntəzəm yoxlamalar aparılır. Ümumilikdə dünyada lisenziya olmadan fəaliyyət qəti qadağan olunur, sertifikat və təlim yoxlanılır, qanunsuz fəaliyyət ictimaiyyət üçün açıqlanır və cəza mexanizmləri güclüdür. Həmçinin davamlı yoxlamalar və elektron sistemlər vasitəsilə həkimlərin və klinikaların statusu daim izlənir. Praktik olaraq heç bir ölkədə lisenziyadan kənar stomatoloji fəaliyyətə icazə verilmir; problemin həlli güclü tənzimləmə, şəffaflıq və ictimai nəzarətdən keçir.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi | Modern.az

Adil Qeybulla

Cərrah-həkim, professor Adil Qeybulla “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Fikrimcə, sertifikasiya imtahanı ilə bağlı dəyişiklik edilsə, yaxşı olar. Ola bilər, bir zamanlar bu imtahan aktual idi, amma son 20 ildə gözlənilən effekti vermədi. İkincisi, imtahan işləməyə gələn həkimlərə və ya ali məktəblərdən yeni məzun olanlara şamil oluna bilər. Məsələn, rezidentura imtahanı bizdə bu şəkildə keçirilir. Amma həm nəzəri, həm də praktik təbabətdə imtahan verib diplom almış şəxsləri yenidən təkrar imtahana cəlb etmək doğru deyil. Bəzən Tibb Universitetinin professorları öz yazdıqları kitablardan imtahan verirlər. Bu baxımdan biz lisenziya və akkreditasiya sistemini tətbiq etməliyik. Akkreditasiya sistemi çərçivəsində hər bir çalışanın sənədlərinə uyğun diplomu, sertifikatları və rezidentura sənədi əsasında konkret tibb sahəsi üzrə fəaliyyətə lisenziya verilir. Bu lisenziya ölkələrdə fərqli olmaqla 5 və ya 7 il müddətinə verilir. Müddət bitdikdən sonra lisenziya yenilənir, həkimlərin fəaliyyəti yoxlanılır və lazım gəldikdə lisenziya yenilənmir. Ola bilər ki, müəyyən nöqsanlar aşkar olunsun və lisenziya verilməsin.

Hesab edirəm ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar. Hər bir həkimin lisenziyası otağında asılacaq, üzərində reyestr nömrəsi olacaq və xəstələr bunu yoxlaya biləcək. Beləliklə, hər kəs yalnız lisenziyada göstərilən işlə məşğul olacaq və bütün problemlər həll olunmuş olacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəblərdə “boş saat” dövrü bitir, müəllim hazırlıq və monitorinqə vaxt ayıracaq

Next

Dövlət dəfn xərclərini artırdı – indən sonra…

Xəbər lenti

  • Sabah çimərliklərdə isti olacaq 12.07.2026
  • Sabah rayonlarda 39 dərəcə isti olacaq 12.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 12.07.2026
  • Pensiyalar nə vaxt veriləcək? – TARİX AÇIQLANDI 12.07.2026
  • Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb 12.07.2026
  • Tovuz döyüşlərindən 6 il keçir 12.07.2026
  • Bakıda güclü külək – sürəti 17 m/s-yə çatır 12.07.2026
  • Güclü yağış daşqına səbəb oldu – Küçələr su altında 12.07.2026
  • Hacıqabulda yol qəzasında yaralananların son durumu 12.07.2026
  • Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib 12.07.2026
  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv