Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dövlət dəfn xərclərini artırdı – indən sonra…

By Vüsal Rafiqoğlu
14.11.2025 3 Min Read

Artırılan vəsait dəfn xərclərini ödəmir, çünki… Şəhər sakini: “Ölməyə qorxuram, kasıb ailəm məni necə basdıracaq?!”

2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək. Bildirilib ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir. Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli – 960 manata yüksəlib.

Lakin təkcə dəfn müavinəti ilə vəfat etmiş şəxsin yas xərclərini qarşılamaq mümkün deyil. Azərbaycan qəbir yerinin pulundan tutmuş başdaşına qədər xərclər var. Bakıda dünyasını dəyişənlərin pulsuz yuyulduğu məscid demək olar ki, yoxdur. Mürdəşirlər ölünün yuyulub-kəfənlənməsi üçün pul alırlar. Ölü sahiblərinin xərci bununla kifayətlənmir. Onlar ölünün dəfni, 3, 7, 40, il mərasimlərinin aparılması üçün çadır kirayələməli, molla çağırmalı, qəbiristanlıqda yer almalı və digər hərəkətləri məcburi qaydada keçməlidirlər. Hər il Azərbaycanda on minlərlə insanın vəfat etdiyini nəzərə alsaq, bu “biznesin” kifayət qədər geniş müştəri bazasına sahib olduğu görülür.

Azərbaycanda bir dəfnin qiyməti müxtəlif amillərdən asılı olaraq bir neçə min manata qədər yüksələ bilər. Yaxın günlərdə ailə üzvünü itirən Sumqayıt sakini Elbrus Məmmədov “Yeni Müsavat”a danışarkən, Azərbaycanda dəfn xərclərinin insanları necə çətin vəziyyətdə qoyduğunu ürək ağrısı ilə dilə gətirib: “Gözdən uzaq bir yerdə belə dəfn üçün yer tapmaq istəyirsənsə, azı 1500-2000 manat gərəkdir. Bu, Sumqayıt üçün qiymətdir, Bakıda isə yəqin ki, daha da bahadır. Sadə bir mərmər başdaşı 900-1000 manata başa gəlir, adi daşlar isə 600-700 manat civarındadır. Qəbirin qazılması, basdırılması, yerin hörülməsi üçün əlavə 250-300 manat da verirsən. Meyitin yuyulması 50-60 manatadır. Yəni heç olmasa 6 min manat cibində olmasa, ölünü basdırmaq çətindir. Kasıb ailəyik, vallah adam ölməyə də qorxur, ailəm məni necə basdıracaq. Bacarıb ölməyəsən…”

Elbrusun sözlərində acı bir reallıq var – Azərbaycanda ölüm belə ucuz deyil. İnsan bir ömür boyu yaşamaq uğrunda mübarizə aparır, amma sonda rahat dəfn olunmaq üçün də minlərlə manat xərclənməli olur. Dəfn xərclərinin bu qədər yüksək olması sadəcə maddi deyil, həm də mənəvi yükə çevrilib. Yas yerində kədərin yerini hesab-kitab tutur, “ölü xərci” ifadəsi isə getdikcə daha çox mənasını itirir, çünki ölüm belə artıq bir biznes sahəsinə çevrilib.

Dəfn xərclərini şəhər və rayonlar üzrə ümumiləşdirsək, real qiymətlər ortaya çıxır. Meyitin yuyulması və kəfənlənməsi xidmətləri 50-150 manat arasında dəyişir. Qəbir yeri üçün qiymətlər bölgədən asılı olaraq fərqlənir: məsələn, Bakının Biləcəri qəbiristanlığında yer 400-500 manat, Xırdalanda 800-1 500 manat, Badamdar qəbiristanlığında isə 2 000 manata qədər yüksələ bilər.

Başdaşı və qəbir abidələrinin qiymətləri də geniş diapazonda dəyişir. Sadə mərmər daşlar 800 manatdan başlayır, xüsusi dizaynlı və heykəl formalı abidələr isə 6 min manata qədər çata bilir. Bundan başqa, dəfn və yas mərasimlərinin təşkili də ailələr üçün əlavə xərc yaradır. Çadır kirayəsi, molla çağırılması, ehsan yeməklərinin hazırlanması və mərasim zalı üçün ödənişlər ümumilikdə 600-1 500 manat və ya daha çox təşkil edə bilər.

Beləliklə, Azərbaycanda bir dəfnin ümumi xərci təxminən 1 500 manatdan başlayaraq 7 000 manata qədər yüksələ bilər. Bu isə o deməkdir ki, dövlətin verdiyi birdəfəlik dəfn müavinəti bu xərclərin yalnız kiçik bir hissəsini qarşılayır. Ekspertlərin fikrincə, dəfn xərclərinin bu qədər yüksək olması sosial vəziyyəti ağır olan ailələr üçün ciddi yük yaradır. Bununla belə, hökumət bu sahədə sosial müdafiə tədbirlərini tədricən gücləndirməyi və müavinətlərin artırılmasını davam etdirməyi planlaşdırır.

MDB məkanına nəzər salsaq, burada da dəfn xərcləri xeyli fərqlidir. Məsələn, Özbəkistanda müsəlman mərasimi üçün əsas xidmətlər daxil olmaqla xərclər təxminən 312 AZN təşkil edir. Xristian mərasimi üçün sadə paketlərdə qiymətlər 158 AZN-dən başlayır, daha geniş xidmətli paketlərdə isə 343-410 AZN civarındadır.

Ümumilikdə Azərbaycanda mərasim xərcləri MDB regionundakı bəzi ölkələrlə müqayisədə yüksək səviyyədədir. Özbəkistan və Qazaxıstan kimi ölkələrdə sadə paketlər və daha az əlavə xidmətlərlə xərclər daha aşağıdır. Xərclər konkret ölkə, şəhər, mərasim səviyyəsi və xidmətlərin seçilməsinə görə geniş diapazonda dəyişir və bu rəqəmlər təxmini göstəricidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diş həkimlərinin total yoxlanması – təhlükə, yoxsa…

Next

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv