Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qarabağ və Şərqi Zəngəzur: Bərpa-quruculuq bumunda yeni mərhələ

By Vüsal Rafiqoğlu
20.11.2025 4 Min Read

2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır

Azərbaycan 2020-ci il Zəfərindən sonra tamamilə yeni bir tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin strateji mahiyyəti azad edilmiş ərazilərdə həyatın bərpasını, qayıdış prosesinin idarə olunmasını və Qarabağ–Şərqi Zəngəzur bölgəsini uzunmüddətli inkişaf məkanına çevirməyi özündə ehtiva edir. Dövlət başçısının müəyyən etdiyi siyasi xətt həm resursların səfərbər olunmasını, həm də bu prosesin milli prioritet kimi qəbul edilməsini tələb edir. Məhz buna görə Böyük Qayıdışa dair I Dövlət Proqramı Azərbaycanın maliyyə arxitekturasının mərkəzində dayanır və qarşıdakı illərin büdcə planlaşdırılmasında əsas istiqamət kimi götürülür.

2020-ci ilin sonundan bəri azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə dövlət büdcəsinin imkanları ardıcıl şəkildə yönəlib. Bu dövrdə infrastruktur layihələrinin genişləndirilməsi, yol-nəqliyyat əlaqələrinin qurulması, enerji şəbəkələrindən tutmuş su və qaz təchizatı sistemlərinin bərpasına qədər çoxşaxəli işlər həyata keçirilib. Mövcud məlumatlara əsasən, 2020-ci ilin sonundan yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək bu ilin əvvəlinə qədər 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. Bu rəqəmlər zamanla daha da artan ehtiyacların, paralel şəkildə genişlənən layihələrin və prosesin strateji vacibliyinin göstəricisidir.

Gələn ilin büdcə planlaşdırması da bu istiqamətin davamlılığını təmin edir. Burada əksini tapan rəqəmlərə əsasən, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 %-nə bərabər və yaxud 3,5 milyard manat vəsait ayrılacaqdır. Bu, dövlətin maliyyə siyasətinin nə dərəcədə məqsədyönlü qurulduğunu, prioritetlərin hansı ardıcıllıqla formalaşdırıldığını və postmüharibə dövrünün nə qədər sistemli şəkildə planlaşdırıldığını göstərir.

Bərpa prosesinin strateji mahiyyəti: Təhlükəsizlik, inkişaf və milli həmrəylik

Hazırkı mərhələdə azad edilmiş ərazilərin bərpası təkcə tikinti işlərindən ibarət deyil. Bu proses Azərbaycanın milli təhlükəsizlik sisteminə, iqtisadi inkişaf modelinə və ümummilli həmrəyliyinə təsir göstərən strateji xəttin bir parçasıdır. Ona görə maliyyə təminatının gücləndirilməsi həm iqtisadi, həm sosial, həm də geosiyasi baxımdan həlledici əhəmiyyət daşıyır. Bu missiya “ali vəzifə” kimi səciyyələndirilir və büdcə imkanları artdıqca ilk növbədə bu istiqamətə resurs yönəldilməsini tələb edir. Bu yanaşma iqtisadiyyatın digər sahələrində aparılan islahatların uğurla davam etməsinə mane olmur, əksinə bütün ölkə üzrə inkişafın yeni dinamika qazanmasına təkan verir.

Qarabağ və Şərqi Zəngəzur sürətlə modernləşir

Son illərdə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin miqyası tarixi adlandırıla bilər. Çoxsaylı yol layihələri, tunellər, körpülər, hava limanları, elektrik yarımstansiyaları, su layihələri, “ağıllı kənd” və “ağıllı şəhər” modelləri, sosial infrastruktur obyektləri və digər layihələr regionu qısa müddətdə tamamilə yeni iqtisadi-coğrafi məkana çevirin. Bu layihələr yalnız həmin ərazilərdə deyil, bütövlükdə ölkə iqtisadiyyatında uzunmüddətli dayanıqlı inkişaf üçün platforma yaradır. Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan üçün həm tarixi ədalətin təntənəsi, həm də yeni iqtisadi nizamın qurulması deməkdir.

Böyük Qayıdış Proqramının maliyyə çərçivəsi təkcə xərclərin cəmi kimi dəyərləndirilmir. Burada əsas məqsəd ərazilərin köklü şəkildə yenidən formalaşdırılmasıdır. Yəni, dövlət yalnız müvəqqəti ehtiyacları qarşılamır, həm də gələcək nəsillərin yaşayacağı, işləyəcəyi və inkişaf edəcəyi mühitin təməlini qurur. Bu, sadəcə bərpa deyil, tamamilə yeni konsepsiyanın reallaşdırılmasıdır. Azad edilmiş torpaqlara qayıdan hər bir insanın təhlükəsiz və rahat yaşayış mühitinə malik olması dövlət siyasətinin mahiyyətini təşkil edir.

Artan büdcə imkanları…

Qarabağ və Şərqi Zəngəzurda maliyyə təminatının artırılması insanların doğma yurdlarına qayıdış prosesini birbaşa sürətləndirir. Məcburi köçkünlərin illərdir gözlədiyi bu gün azad edilmiş kəndlərdə, şəhərlərdə yeni həyatın bərpası ilə real formaya düşür. Dövlət büdcəsi hesabına qurulan yollar qayıdışın fiziki infrastrukturunu təmin edir, tikilən evlər sosial bərabərliyi möhkəmləndirir, yaradılan yeni iş yerləri isə məcburi köçkünlərin iqtisadi adaptasiyasını təmin edir. Maliyyə təminatının bu ölçüdə olması yalnız normal yaşayış şəraitinin qurulması deyil, həm də həmin ərazilərin regional iqtisadiyyata inteqrasiya olunması üçün strateji platforma yaradır.

Böyük Qayıdış prosesinə ayrılan vəsaitin həcmi həm onun milli prioritet kimi qəbul olunduğunu, həm də Azərbaycanın iqtisadi gücünün artan dinamika ilə inkişaf etdiyini sübut edir. Dövlətin maliyyə yükünü bu qədər böyük miqyasda daşıya bilməsi ölkə iqtisadiyyatının son illərdə keçdiyi modernləşmə mərhələsinin nəticəsidir. İnvestisiya imkanlarının genişlənməsi, qeyri-neft sektorunun möhkəmlənməsi, beynəlxalq ticarət və nəqliyyat-logistika əlaqələrinin diversifikasiyası büdcə gəlirlərinin artmasına imkan verir və bu artım ilk növbədə azad edilmiş ərazilərin bərpasına yönəlir.

Yaxın üç ilin uzunmüddətli maliyyə çərçivəsi

Gələcək illərin büdcə çərçivəsi də eyni strategiyanı davam etdirir. 2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır. Bu isə yalnız növbəti ilin deyil, həm də yaxın üç ilin iqtisadi planlaşdırılmasının mərkəzində dayanır. Beləliklə, bərpa prosesi təsadüfi dinamika ilə deyil, ardıcıl, planlı və institusional şəkildə həyata keçirilir. Bu, həm maliyyə dayanıqlığını qoruyur, həm də layihələrin davamlı icrasını təmin edir.

Yekun hədəf: Məskunlaşma, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf

Bu mərhələdə əsas hədəf azad edilmiş bölgələrdə əhalinin sıx məskunlaşması, iqtisadi fəallığın bərpa olunması və regionun ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Böyük Qayıdış Proqramı yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır; burada sosial reabilitasiya, iqtisadi inkişaf, təhlükəsizlik təminatı və uzunmüddətli regional planlaşdırma kimi müxtəlif komponentlər mövcuddur. Ayrılan vəsaitlər bütün bu istiqamətlərin paralel şəkildə inkişafına xidmət edir.

Əldə olunan nəticələr göstərir ki, Azərbaycanın büdcə siyasəti yalnız cari ehtiyaclara deyil, gələcək inkişaf modellərinə əsaslanır. Bu siyasətin əsasında dövlət başçısının müəyyən etdiyi strateji prioritetlər dayanır. Büdcə imkanları genişləndikcə ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi əsas məqsəddir. Bu yanaşma tarixi ədalətin bərpasını bütünlüklə tamamlayır və işğaldan azad edilmiş ərazilərin gəlişəcək nəsillər üçün inkişaf mərkəzinə çevrilməsini təmin edir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan əsas iqtisadi pəncərəsinə çevrilir

Next

Paşinyanın Vaqarşapat uğuru: Katolikosa və revanşistlərə ağır zərbə

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv