Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əli Kərimli-Ramiz Mehdiyev tandemi: Dövlətə qarşı xəyanətdə gizli işbirliyi

By Vüsal Rafiqoğlu
01.12.2025 4 Min Read

Əli hər yerdən üzülən AXCP sədri Əli Kərimli universitet partasından ayrılmamış layiq olmadığı və bacarmadığı dövlət katibi vəzifəsində idarəetmə əvəzinə fırıldaq yollarını, pul, var-dövlət əldə etmək imkanlarını öyrənməyə cəhd edirdi.

Xaos, özbaşınalıq, qanunsuzluq…

Ermənistanın işğalının genişləndiyi 1992-1993-cü illərdə buna münbit şərait yaranmışdı. Ölkə başlı-başına buraxılmışdı, Bakıda küçələrdə avtobuslarda, metroda qanunsuz silah gəzdirən adamlar istədikləri cinayəti törədirdilər. Özbaşınalıqlara qarşı lazımi tədbirlər görülmür, cinayətkarlara meydan açılırdı. Nə qanunlara, nə insani normalara əməl olunurdu. Prezident Aparatında mühüm postları havayı zəbt etmiş təsadüfi kadrların, fərasətsiz və boşboğazların varlığı ilə yoxluğunun heç bir fərqi hiss olunmurdu.  AXC-Müsavat cütlüyü hakimiyyətinin əfəlliyini, qorxaqlığnı və zəifliyini görən Surət Hüseynov Gəncədə özünə tabe olan hərbi qüvvəni Bakı üzərinə yeridəndə dövlət rəhbərlərinin canına vicvicə düşdü. Canlarını qurtarmaq üçün üsyankar qondarma polkovnikin şərtlərini acizanə yerinə yetirdilər və belə hərəkətləri ilə özlərini tamamilə gözdən saldılar. Surətin gözağartmasından sonra qısa müddətdə dövlətin üç başçısı və digər yüksək vəzifəli şəxslər bir-birinin ardınca istefa verdi. İndi özünü ağıllı, qətiyyətli və bacarıqlı kimi göstərən Əli Kərimli də həmin təslimçilərin arasında idi.

Kərimlinin xəyanət yolu

Kərimli otuz iki ildir ki, xəyanət yolunu davam etdirir. Əbülfəz Elçibəyə badalaq gələrək onun yaratdığı partiyanı parçalayan və özünə tabe edən Əli Kərimli hər zaman dövlətə xəyanət yolunu tutub. Pula sevgisi onu düşmənlərlə də işbirliyi halına gətirmişdi. İnsafən, ölkə daxilində də pis qazanmırdı. Bunun şahidləri belə deyir.

Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin bəd əməlləri haqqında həmişə danışıblar, yenə də çox danışırlar. Aradan uzun illər keçməsinə baxmayaraq törətdiyi cinayətləri hələ unutmayanlar var. İndiyədək əsasən siyasi dələduzluğundan və maxinasiyasından söhbət açılırdısa indi onun iqtisadi sahədəki oğurluqları ifşa edilir.

Bu sözləri siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində AXC-Müsavat hakimiyyəti dövründə baş verən qanunsuzluqlardan danışarkən deyib.

O, baş verənləri faktlarla ifşa edib: “Mən o vaxt Gömrük Komitəsinin sədr müavini idim. Onların vaxtında 118 milyon dollar mənimsənildi. O pul Azərbaycana gətirilmədi.

Marqaret Tetçer 30 milyonluq bonus gətirmişdi. Bonus birbaşa Əbülfəz Əliyevin adında idi. Həmin pul Türkiyədə banka qoyulmuşdu. Bankla əlaqə saxladıq, Türkiyəyə getdik, pulun 13 milyonunu bərpa edə bildik. 17 milyon pul itmişdi”.

Cümşüd Nuriyev Azərbaycan Xalq Cəbhəsinin niyə dağıldığını da açıqlayıb. Qeyd edib ki, bu faktı heç kim bilmir: “Məlum oldu ki, Əli Kərimli Əbülfəz Elçibəyi aldadıb, qol çəkdirib, o pulun 2 milyon dolları birbaşa Əli Kərimlinin hesabına keçib.

Türkiyədən İngiltərə bankına ötürülüb. O transferin də kağızlarını gətirdik, Xalq Cəbhəsi pulun 2 milyonunu Əli Kərimlinin götürdüyünü biləndə bir günün içərisində dağıldı. Onlar elə belə getmədilər ki… Pul maraqları üst-üstə düşmədi. Bu, faktdır. İstəyirlərsə, məni məhkəməyə versinlər. Hamısını sübut edə bilərəm”.

Görəsən, maliyyə piratı Əli Kərimli neçə yüz min insanı məhkəməyə verə bilər? Həm də hansı üzlə. Şübhəsiz ki, heç bir halda özünü təmizə çıxara bilməz. Çünki bu deyilənlər Kərimlinin cinayət aləmindən yalnız kiçik epizodlardır. Bu adam başdan-ayağa çirkab içindədir.

Ramiz Mehdiyevlə Əli Kərimli arasında gizli əlaqə və koordinasiyalı fəaliyyət olub

Əli Kərimli dəstəkçilərinin vasitəsi ilə milyonların sahibi olub. Bəs o, nə alıb, nə satıb ki, belə varlanıb, axı, əkmir-biçmir, nə isə istehsal etmir? Qısaca desək, vicdanını piştaxtaya çıxarıb. Əvvəllər deyirdilər ki, o, xaricdən göndərilən pulların gücünə hökküldəyir. İndi məlum olur ki, ən böyük pulları onun başına elə Bakının özündə yağdırırmışlar. O, Vətənimizi, xalqımızı kimlərəsə satmaqla haram pullar əldə edib. Onun bir çox bəd əməlləri “məşhuri-cahan” idi. Təzəlikcə yeni faktlar da üzə çıxıb. Haqqında dövlətə xəyanət ittihamı ilə cinayət işi açılan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə dağıdıcı müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli arasında gizli əlaqələrin olduğu və koordinasiyalı fəaliyyət göstərdikləri ilə bağlı məlumatlar gündəmdədir.

Əli Kərimli ilə Ramiz Mehdiyev arasında təmasların Əbülfəz Elçibəyin yaşadığı vaxtlarda yarandığı deyilir. O vaxt Kərimli AXCP-də Elçibəyə qarşı öz cəbhəsini yaratmışdı və Mehdiyevin köməyi ilə siyasətdə ön plana çıxmağa çalışırdı. O dövrdə Mehdiyevə də Kərimli kimi birisi lazım idi. 2000-ci illərdə isə artıq AXCP-nin sədri olan Əli Kərimli Ramiz Mehdiyevlə təmasları sıxlaşdırdı və ondan təlimatlar almağa başladı.

2010-cu ilin parlament seçkilərindən sonra radikal müxalifət Əli Kərimlinin timsalında Ramiz Mehdiyevlə ittifaq qurmağa çalışırdı. Düşünürdülər ki, bu ittifaqdan yaxşı pul qazana bilərlər. Lakin parlament seçkilərində məğlub olan radikal müxalifətin siyasi gələcəyi də sual altına düşdü, çünki 2003-cü il məğlubiyyətindən sonra onların ən böyük ümidləri qarşıdakı seçkilərə idi. 2005-ci il parlament, 2008-ci il prezident, 2010-cu il yendən parlament seçkilərində heç bir nəticə əldə edə bilməyən radikal müxalifət 2013-cü il prezident seçkilərində vəziyyəti xeyirlərinə dəyişmək haqda düşünürdülər. Ciddi elektorata malik olmayan dağıdıcılar utanıb-çəkinmədən hər seçkiyə qatılırdı. Görünür, Əli Kərimlinin timsalında radikal müxalifətin Ramiz Mehdiyevlə təmasları yenidən sıxlaşdırması da buna hesablanmışdı. Ölkədə xalqın dəstəyindən məhrum olmuş müxalifət ümidlərini xarici dairələrə bağlayırdı. Ona görə də bir neçə Avropa ölkələrinə emissarlar göndərildi. Qeyd etməliyik ki,  Mehdiyevlə qurulan təmasların əsas məqsədi isə Rusiyadan dəstək almağa və 2013-cü il seçkilərində nəticə əldə etməyə hesablanmışdı. 2013-cü ildə “Milyarderlər ittifaqı”nın ortaya çıxması, radikal müxalifətin isə oyuncaq “milli şura” yaradaraq onunla bir araya gəlməsi eyni planın tərkib hissəsi olaraq görünür.

İndi qanun qarşısında cavab vermək vaxtıdır

Qeyd edək ki, Azərbaycandakı “beşinci kolon”a rəhbərlik edən Ramiz Mehdiyev xarici və daxili oyunçuları koordinasiya edən rezident rolunda çıxış edir, ziyankar ünsürlərlə gizli təmasda olurdu. Əli Kərimli – Ramiz Mehdiyev tandemi birmənalı şəkildə dövlətə qarşı xəyanət yolunu tutaraq milli mənafelərimizin əleyhinə fəaliyyət göstəriblər. Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olmaq böyük cinayət, xəyanət və satqınlıqdır. Bu xəyanətkarlar xalqın qəzəbindən və qanun qarşısında cavab verməkdən yayına bilməyəcəklər!

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əli Kərimli bilirdik, əslində Əli Kremlli imiş

Next

85 yaşlı kişini maşın vurub

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv