Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hökumətin müəmmalı reytinq qərarı

By Vüsal Rafiqoğlu
10.12.2025 8 Min Read

Azərbaycanın “S&P” addımı: strateji hesablama, yoxsa ehtiyatlı mövqe?

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini bir pillə yüksəldərək “stabil”dən “müsbət”ə (BB+/B) qaldırıb. Bununla belə, Bakının tələbi ilə reytinqlər dərhal geri götürülüb. Agentlik rəsmi bəyanatında belə izah edib: “5 dekabr 2025-ci il tarixində “S&P Global Ratings” Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və yerli valyuta reytinqlərini “BB+/B” səviyyəsində təsdiq edərək, proqnozunu sabitdən müsbətə dəyişdi. Biz sonradan emitentin tələbi ilə bu reytinqləri geri götürdük”. 

Maliyyə Nazirliyi “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin sonuncu reytinq qiymətləndirməsindən Azərbaycan hökumətinin müraciəti əsasında geri götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub.

İki agentliyin qiymətləndirməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcək.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Eldəniz Əmirov 

İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir. Onun sözlərinə görə, məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır: “Reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnal rolunu oynayır. Yəni reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır. Təbii ki, bunun mənfi tərəfləri də var. Azərbaycanın reytinqi geri götürməsi ilə bağlı səbəbləri maraqlı mənzərə ortaya qoyur. Beynəlxalq təcrübədə belə ehtimallar hər zaman olur. Səbəblərə gəlincə, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir. Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati əhəmiyyət daşımır. Digər tərəfdən, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir. Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir. “S&P” Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib. Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma siyasi məqamları ortaya çıxarır. Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür. Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir. Başqa sözlə, Azərbaycanın kredit reytinin yüksəlməsi hər zaman müsbət siqnaldır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Whatsapp
Whatsapp kanalımıza abunə olun
Telegram
Telegram kanalımıza abunə olun
Facebook
Facebook səhifəmizə abunə olun

BİZİM PARTNYORLARIMIZ

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA AÇIQLANDI

  418  10.12.2025 09:09  Ölkə A  A 

Azərbaycanda dekabrın 10-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə – Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Whatsapp
Instagram kanalımıza abunə olun
Telegram
Telegram kanalımıza abunə olun
Facebook
Facebook səhifəmizə abunə olun

Paytaxt restoranlarında “çayvoy” qadağası

  585  10.12.2025 09:07  Ölkə A  A 

Restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, müştərilərin böyük narazılığına səbəb olur 

Bakıda yerləşən bəzi restoranların vətəndaşlara əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə etməsi uzun müddətdir ki, çox az adamı narahat edirdi.  Halbuki əlavə servis haqqı barədə müştəriyə əvvəlcədən şifahi formada xəbərdarlıq edilməli və ya menyuda kifayət qədər aydın şəkildə göstərilməlidir. Həmçinin müştərilər əlavə servis haqqını ödəməyə məcbur oluna bilməz. Bu müştərinin açıq şəkildə aldadılması və istehlakçının hüquqlarının pozulması deməkdir. Müştəridən əlavə məbləğin tələb olunması qeyri-qanunidir. Belə olan halda müştəri restoran rəhbərliyinə narazılıq edib pulu ödəməkdən imtina edə bilər. Sirr deyil ki, bəzən müştəri öz abır-həyasına qısılıb, hansısa narahatlıq yaranmasın deyə sürpriz də olsa, əlavə servis haqqını ödəyir.  

Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər. Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.

Bəs müştərilər əlavə servis haqqını ödəməkdən imtina edə bilərmi? Əgər belədirsə, hansı hüquqi əsaslarla?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, “çayvoy”un qadağan edilməsi mümkün deyil: “Biri var ki, insanlar könüllü “çayvoy” verir, bu qadağan oluna bilməz. Biri də var ki, hesabın içində nəzərə alınan, yəni hesaba salınan “çayvoy” və ya xidməthaqqı ilə bağlı qarışıqlıq mövcuddur. Bəli, bəzi insanlar xidməthaqqı vermək istəmirlər, lakin məcbur edilirlər. Bu, doğru deyil və müəyyən tənzimləmələr olmalıdır”.

Natiq Cəfərli REAL-ın sədri oldu | Modern.az

Natiq Cəfərli

Hazırda işlətmələr bunun qanunla əsaslandırıldığını bildirirlər, çünki dünyanın bir çox ölkəsində belə bir praktika mövcuddur və onun vergisi tutulur. Ona görə də hesabın içində hesaba salınan “çayvoy” verildikdə, onun vergisi də tutulur. Bu səbəbdən qanunvericilikdə bu iki anlayışı bir-birindən ayırmaq vacibdir. Yəni əgər “çaypulu” üçün vergi olmasa, həcmi də azalacaq. Məsələn, hesabın 10 faizi serviz haqqı kimi tutulursa və əgər bu, vergiyə cəlb olunmayacaqsa, o zaman servis haqqını 5 faizə endirmək mümkündür. Qanunda bu cür tənzimləmə aparmaq olar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, son 6 ildə restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, restorana gələnlərin böyük narazılığına səbəb olan məsələlərdən biridir: “Bu gün də qurumumuza, övladının ad günü mərasimi üçün restorana gedən bir şəxsdən şikayət daxil olub – ona 15 faiz servishaqqı tələb edilib. Qeyd etmək lazımdır ki, servishaqqı məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb və heç bir qadağa da yoxdur. Lakin məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi belədir ki, restoranlar öz ərazilərində necə davranacaqlarını özü müəyyən edir. Təəssüf ki, bazarda restoranlar üçün vahid qaydalar mövcud deyil. Bu vəziyyət tam özbaşınalıq doğurur və istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Məsələn, bahalı restoranlarda musiqiçi çağırılır, müğənni ifa edir və bunun üçün əlavə ödəniş tələb olunur. İstehlakçıya bu barədə əvvəlcədən heç bir məlumat verilmir. Qanun isə bu cür halları qadağan etmir. Ümumiyyətlə, dünyada, o cümlədən kapitalist ölkələrdə və yaxşı xidmət göstərildikdə istehlakçılar “çayvoy” verir. Lakin bütün hallarda servis haqqı menyuya daxil edilməli və istehlakçı buna əvvəlcədən məlumatlandırılmalıdır. Bu şərtlər ödənildikdə, istehlakçı artıq seçimini etmiş hesab olunur və ödənişi etməlidir”.

Eyyub Hüseynovun qızı vəfat etdi

Eyyub Hüseynov

Eyyub Hüseynov həmçinin bildirib ki, hazırda restoranlarda və şadlıq evlərində digər özbaşınalıqlar da müşahidə olunur. Məsələn, servis haqqından əlavə, əlavə ödənişlər, face control tətbiqi və oturma yerlərinə görə əlavə qiymət tələb olunması kimi hallar baş verir: “Bütün bunlar istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Məsələn, əgər bir müştərinin üzünə görə restorana buraxılmırsa, ya da dənizə tərəf oturmaq üçün əlavə 20 manat tələb olunursa, bu, qanunsuzdur.

Aidiyyəti orqanlar, o cümlədən Antiinhisar Dövlət Agentliyi bu məsələlərə nəzarət etməli və qanun pozuntusu aşkarlandıqda cərimə tətbiq etməlidir. Yəni servishaqqı yalnız menyuda qeyd olunmuş və istehlakçıya əvvəlcədən bildirildikdə qanuni sayılır. Əks halda, bu, istehlakçının hüquqlarının pozulmasıdır və aidiyyəti qurumlar buna müdaxilə etməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Whatsapp
Instagram kanalımıza abunə olun
Telegram
Telegram kanalımıza abunə olun
Facebook
Facebook səhifəmizə abunə olun

Hazırda tıxac olan yollar – SİYAHI

  103  10.12.2025 08:23  Ölkə A  A 

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

11. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

12. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

16. Babək prospekti, mərkəz istiqamətində;

17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

19. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

20. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lerikdə avtomobil dərəyə aşdı – Ölən var

Next

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA AÇIQLANDI

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv