Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sosial şəbəkələrlə bağlı şok təkliflər

By Vüsal Rafiqoğlu
19.12.2025 3 Min Read
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən yeni maddə (13-2.3.6-1 ) qadağan olunan informasiyaların əhatə dairəsini genişləndirir və internet informasiya ehtiyatının və onun domen adının sahibindən və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisindən aşağıdakı informasiyanın yayılmasına yol verməməyi tələb edir.
Musavat.com-un məlumatına görə, bunu parlamentdəki müzakirələr zamanı deputat Azay Quliyev deyib.

Deputat qeyd edib ki, söhbət “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxdud insan bədəninin hissələrinin əxlaq və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”dan gedir.

A.Quliyev bildirib ki, İnzibati Xətalar Məcəlləsində bu qanun pozuntularına görə inzibati məsuliyyət, o cümlədən 500 manatdan 1000 manadək cərimə nəzərdə tutulur: “Əlbəttə, təklif olunan dəyişiklər bu sahədə olan hüquqi boşluğun bir hissəsini aradan qaldırmağa, ictimai mənaviyyatı və əxlaq normalarını, milli mənəvi dəyərləri qorumağa yönəlib və mən bu təkliflərin hamısını dəstəkləyirəm.
Lakin düşünürəm ki, bu dəyişiklə nəzərdə tutuduğumuz məqsədə nail olmaq üçün məsləyə daha geniş baxmalı, indi olmasa da, yaxın gələcəkdə həm bu qanuna, həm də digər müvafiq qanunvericliyə bir sıra tamamlayıcı əlavələrin edilməsinə və ictimaiyyəti narahat edən bir çox suallara aydınlıq gətirilməsinə ciddi ehtiyac var.
Məsələn, xaricdə məskunlaşıb sosial şəbəkələrdə, xüsusilə Youtub-e, Facebook, İnstaqram və Tik-tok kimi rəqəmsal platformalardan istifadə edərək ictimai mənəviyyatı, vətəndaşları və dövlət adamlarını əxlaqsız ifadələrlə açıq təhqir edən şəxslər və ya bu cür kontentin yayılmasına şərait yaradan Meta, Youtube və Tik-Tok kimi xarici şirkətlərin məsluyyəti necə müəyyən ediləcək? Və yaxud mövcud qanunvericliyimiz rəqəmsal təhlükələrin qarşısını almaq üçün yetərlidirmi?Mənə elə gəlir ki, bu iki sual müzakirə etdiyimiz qanun layihəsi kontekstində cəmiyyəti düşündürən və narahat edən əsas məsələlərdəndir”.

Deputat qeyd etdi ki, bu cür problemlərin ən effektiv həlli üçün ilk növbədə adlarını çəkdiyi xarici şirkətlərin, yəni Meta, Youtube və Tik-Tok kimi şirkətlərin üzərinə qanunvericlik səviyyəsində öhdəliklər qoyulmalıdır: 

“Artıq danılmaz faktdır ki, bu şirktlərin idarə etdiyi sosial media platformaları dövlət sərhədləri daxilində fiziki olaraq mövcud olmasalar da, ölkəmizin informasiya təhlükəsizliyinə, ictimai asayişinə, milli maraqlarına və xüsusilə də uşaqların və yeniyetmələrin rəqamsal təhlükəsizliyinə birbaşa təsir edirlər. Üstəlik, onlar  komersiya şirkətləri kimi Azərbaycanın reklam bazarından  kifayət qədər gəlir əldə edirlər.

Lakin bu şirkətlər Azərbaycanda qeydiyyatsıq, hüquqi status əldən etmədən fəaliyyət göstərir və rəqəmsal təhlükəsizliyimizə yaratdıqları risklərdən və təhdidlərdən birbaşa məsuliyyət daşımırlar. Hesab edirəm ki, milli təhlükəsizliyimiz və rəqəmsal suverenliyimiz naminə Meta, Yutub və Tiktok kimi xarici şirkətlərə qanunvericilik səviyyəsində aşağıdakı öhdəliklər qoyulmalıdır: 
1. Azərbaycanda rəsmi nümayəndəliyin və ya hüquqi təmsilçiliyin açılması, rəsmi hüquqi şəxs kimi qeydiyyatdan keçmə məcburiyyəti.
Bu nümayəndə və ya təmsilçilik dövlət sorğularının icrası, kontentin silinməsi, məhkəmə qərarlarının tətbiqi və istifadəçi təhlükəsizliyinə görə cavabdeh olmalıdır.
2. Dövlətin təqdim etdiyi sorğulara 24–48 saat ərzində cavablandırmaq öhdəliyi və qanunla qadağan olunmuş kontentlərin 24 saat ərzində silinməsi mexanizminin müəyyən edilməsi. Billiriniz ki, hazırkı təcrübədə bu cür kontentlərin silinməsi üçün fərdi, kollektiv və müvafiq dövlət qurumları tərəfindən edilmiş müraciətlərə demək olar ki, baxılmır. Çünki onlar ölkə qanunları qarşısında məsuliyyət daşımır.
3. Uşaqlar və yeniyetmələr üçün ayrıca alqoritmik təhlükəsizlik tələbləri.
Çünki alqoritmlər uşaqların həyatına, davranışına və psixologiyasına faktiki olaraq valideynlərdən daha çox təsir edir. Belə ki, alqaritmlər vasitəsilə uşaqlar manipulyasiya olunur, təhlükəli kontentlə qarşılaşır,psixoloji asılılıq yaranır.
Əgər qanunvericilik səviyyəsində bu cür  öhdəlik müəyyən edə bilsək, o zaman  bu öhdəlikləri pozan şirkətlərə təzminat iddiları qəldırıla, müxtəlif sanksiyalar, maliyyə cərimələri və reklam məhdudiyyətləti tətbiq edilə bilər”.
A.Quliyev dedi ki, bu gün Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya və ABŞ-nin bir çox ştatları o cümlədən bizə dost və qardaş ölkələr Türkiyə, Qazaxıstan qlobal sosial paltformların sahibləri olan şirkətlərə qanunvericlik səviyyəsində bu cür öhdəliklləri tətbiq edirlər:

“Bundan başqa, rəqəmsal təhlükələri vaxtında zərərsizləşdirmək üçün milli qanunveriliyimizə rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma, alqoritmik təhlükəsizlik kimi vacib anlayışları daxil etməli və onların qarşısını almaq üçün hüquqi mexanizmlər müəyyənləşdirməliyik. Məlum olduğu kimi, təkcə son dövrlər onlarla dövlət başçısı, siyasətçi və ictimai xadim rəqəmsal klonlaşmanın qurbanına çevrilib, səsin klonlaşdırılması nəticəsində çoxlu sayda maliyyə dələduzluğu faktları qeydə alınıb.  Bu tələblərin və anlayışların qanunvericiliyə gətirilməsi Azərbaycanın rəqəmsal suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi, həmçinin milli maraqların və gələcək nəsillərin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır”.

Sonda deputat spikerə xitabən bir təklifini də səsləndirdi:

“Sizin təşəbbüsünüzlə Milli Məclisdə bu kimi həssas məsələlər üzrə ictimai dinləmələrin keçirilməsi artıq yaxşı və səmərəli bir ənənəyə çevrilmişdir. Bu baxımdan, təklif edirəm ki, münasib vaxtda Milli Məclisdə profil komitələrin, müvafiq dövlət qurumlarının, mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəqəmsal təhlükəsizliyin mövcud vəziyyətinə həsr olunmuş ictimai dinləmənin təşkili məsələsi nəzərdən keçirilsin. Əminəm ki, belə bir dinləmənin keçirilməsi bu sahədə  qarşıda duran vəzifələrin dəqiq müəyyən edilməsinə mühüm töhfə verə bilər”.
E.Paşasoy,
Musavat.com
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SON DƏQİQƏ: Meyxanaçı Ağakərim vəfat etdi

Next

Elektron siqaretlərlə bağlı qadağalar-komitə sədri detalları açıqladı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv