Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Türkiyə ilə tanınmayan diplom problemi

By Vüsal Rafiqoğlu
24.12.2025 3 Min Read

Mütəxəssisin fikrincə, Azərbaycanda ali təhsilin tədris proqramları elə şəkildə qurulmalıdır ki, dünyanın aparıcı  universitetlərinə yönəlmə zamanı hər hansı çətinlik yaşanmasın

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib.

Bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb. Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb. “Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır”, – Əli Əsədov vurğulayıb.

Türkiyənin diplomlarını tanımamasının əsas səbəbi Azərbaycan universitetlərinin tədris proqramları, kredit sayı və saatlarının Türkiyə standartlarına cavab verməməsi, həmçinin bəzən ali təhsil sistemi fərqlərindən və müvafiq razılaşmaların olmamasından qaynaqlanır, xüsusən də tibb sahəsi kimi bəzi ixtisaslarda fərqlər daha çox olur. Bu problemə görə diplomların tanınması üçün nostrifikasiya prosesi lazım gəlir.

Beləliklə, müvafiq qurumun açıqlamasından da məlum olur ki, “açıköğretim” təhsilalma forması Azərbaycan qanunvericiliyində nəzərdə tutulmadığından indiki halda bu formada təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınması qeyri-mümkündür.

Bəs problem həll olunacaqmı?

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri və ya birbaşa həmin ölkədə ali təhsil almaları demək olar ki, bir çox ixtisas və istiqamət üzrə əlçatandır: “Bu proses illərdir davam edir və xüsusilə humanitar, iqtisadi, texniki sahələrdə Azərbaycan gəncləri üçün Türkiyə universitetləri real və cəlbedici təhsil imkanları yaradır. Lakin təəssüflə qeyd etməliyəm ki, xüsusilə tibb sahəsində, eləcə də hüquq və bir sıra digər ixtisaslarda bu əlçatanlıq faktiki olaraq təmin olunmur və ciddi məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlərin səbəblərinə baş naziri Əli Əsədov da toxunaraq, məsələnin hüquqi və institusional tərəflərinə diqqət çəkib. Düşünürəm ki, mövcud vəziyyət onu göstərir ki, ölkəmizin qanunvericiliyində müəyyən dəyişikliklərin aparılmasına real ehtiyac var”.

Mütəxəssisin fikrincə, Azərbaycanda ali təhsilin tədris proqramları elə şəkildə qurulmalıdır ki, təkcə Türkiyə universitetlərinə deyil, eyni zamanda dünyanın digər aparıcı ölkələrinin universitetlərinə yönəlmə zamanı da hər hansı çətinlik baş verməsin: “Təhsil sistemimiz beynəlxalq akademik standartlara uyğunlaşdırılmalı, proqramların uyğunluğu və qarşılıqlı tanınma mexanizmləri gücləndirilməlidir. Məlum olduğu kimi, ölkəmizdə diplom proqramları ilə bağlı müvafiq qərarlar qəbul edilib. Xüsusilə ikili diplom proqramları çərçivəsində Türkiyə universitetlərinin Azərbaycanda ən azı müəyyən müddət ərzində tədris prosesini həyata keçirməsi bu istiqamətdə mühüm addım hesab oluna bilər. Bu yanaşma gələcəkdə Azərbaycan vətəndaşlarının Türkiyədə ali təhsil almasına, xüsusilə də magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirməsinə ciddi təkan verə bilər. Bundan əlavə, qəbul üsullarında, eləcə də tədris proqramlarında aparılacaq müəyyən dəyişikliklər də ölkə vətəndaşlarının Türkiyə universitetlərində təhsil almasını daha da asanlaşdıra bilər. Hazırda bəzi hallarda Azərbaycanda qeyri-qanuni yollarla Türkiyə universitetlərinə qəbul halları müşahidə olunur və nəticə etibarilə həmin diplomlar ölkəmizdə tanınmır. Lakin məsələ ondadır ki, faktiki olaraq öz ölkəmizdə rəsmi qaydada ali təhsilə qəbul olunmuş və daha sonra təhsilin növbəti pillələrində – magistratura və ya doktorantura səviyyəsində Türkiyədə təhsillərini davam etdirmək istəyən vətəndaşlarımız məhz bu mərhələdə ciddi maneələrlə üzləşirlər. Xüsusilə özəl universitetləri bitirən məzunlar üçün bəzi Türkiyə dövlət universitetlərində kredit sayı, proqram uyğunluğu və akademik göstəricilərlə bağlı əsaslandırılmış hesab edilməyən imtina hallarına rast gəlinir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, elə ali təhsil müəssisələrimiz var ki, onların məzunları Türkiyə universitetlərində rahatlıqla təhsil almaq imkanı əldə edirlər və həmin universitetlər tərəfindən tanınırlar. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və bir sıra digər aparıcı ali təhsil müəssisələri bu baxımdan müsbət nümunə kimi göstərilə bilər. Bu da onu göstərir ki, problem ümumi deyil, daha çox sistemli və struktur xarakterlidir. Düşünürəm ki, qarşıdakı illərdə məhz baş nazir Əli Əsədovun da qaldırdığı bu problemin həlli istiqamətində göstərdiyi yanaşmalar, verilən istiqamətlər və digər institusional amillər təhsil sahəsində mövcud maneələrin aradan qaldırılmasını mümkün edə bilər. Bu isə nəticə etibarilə Azərbaycan vətəndaşlarının xaricdə, xüsusilə də Türkiyədə ali təhsil alma imkanlarının daha da genişlənməsinə və sistemli şəkildə tənzimlənməsinə şərait yaradacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əmirov: “AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır”

Next

Azərbaycanın “KarlovıVarı”sında nə baş verir?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv