Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

İdmanın inkişafı yönümündə atılan addımlar

By Vüsal Rafiqoğlu
05.01.2026 3 Min Read
Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

2025-ci ilin idman yekunlarına həsr olunan mərasim Azərbaycan idmanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafı yönümündə atdığı addımlar davamlılığı ilə diqqətdədir.

Bu gün müasir müstəqil, qalib Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib, beynəlxalq yarışlara ev sahibliyi edən ölkədir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla inkişaf edir. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi üçün birgə səylər göstərirlər. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə də bildirdi ki, idmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. 2025-ci ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə  layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

2025-ci ildə ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır. Adətən bu yarışların əksər mərhələləri Amerikada, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə keçirilir. Bakının da bu siyahıya salınması, ilk növbədə, ölkəmizin potensialını göstərir. Dövlət başçısı İlham Əliyev bildirir ki, minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.

2025-ci ilin idman yekunlarına həsr olunan  mərasimdə o da vurğulandı ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri  gəncləri sağlam ruhda,  vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. “Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Təbii ki, idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Son 5 ildə Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki,  idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. İdman meydançalarına, idman arenalarına qürur hissi ilə çıxırlar. Eyni zamanda, 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Dövlət başçısı İlham Əliyev “Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir” fikirləri ilə 2025-ci ilin idman nəticələri fonunda 2026-cı ilin hədəflərini açıqladı. Bir daha  vurğulandı ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Bu, eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Next

“Sovetski”də görüləcək işlər məlum olub

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv