Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xarici siyasətdə böyük uğurlar – TƏHLİL

By Vüsal Rafiqoğlu
08.01.2026 3 Min Read

2025-ci ildə Azərbaycan fəal, təşəbbüskar və çoxistiqamətli xarici siyasətini davam etdirərək mövqelərini gücləndirdi. Bəri başdan qeyd edək ki, bu prosesdə Prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır.

Ötən il Azərbaycan-Amerika münasibətlərində sözün həqiqi mənasında yaxınlaşma özünü göstərdi. Bunu  iki ölkə arasındakı münasibətlərin böyük dönüş nöqtəsi adlandırmaq olar. Belə ki, Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə olundu. Bununla da Tramp Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirdi. Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması isə iki ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə etdi. Üstəlik, “Azadlığa Dəstək Aktı”na ədalətsiz  907-ci düzəliş müvəqqəti olaraq dayandırıldı. Həm də Minsk qrupunun fatihəsi verildi. Yeri gəlmişkən, Prezident İlham Əliyev  yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən PrezidentiDonald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. Həmin tədbirdə ən əhəmiyyətli məqamlarından biri həm də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutuna (TRIPP), yəni Zəngəzur dəhlizinə dair siyasi iradənin nümayiş etdirilməsi oldu. Yeri gəlmişkən, dövlətimizin başçısı yanvarın 5-də yerli televiziya kanallarında müsahibəsində demişdir ki, Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq”.

Ötən il Azərbaycan Çin Xalq Respublikası ilə də strateji tərəfdaşlığı  daha da möhkəmləndirildi. Belə ki, Prezident İlham Əliyevin Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Şübhəsiz, bu da çox böyük uğur sayıla bilər. Unutmayaq ki, Çin də dünyada aparıcı ölkələrdən biridir. Məlumat üçün bildirək ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çataraq 4 milyard dolları keçib. Bbu, Azərbaycanın tərəfdaş ölkələrlə ticarətində ən yüksək artım göstəricilərindən biridir. Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşu əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Yeri gəlmişkən, 27 ölkə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malik Azərbaycan artıq bu gün “orta güc” kimi qəbul olunur. Şübhəsiz, bu da ölkəmizin müstəqil siyasət yürüdərək hər zaman bərabərhüquqlu tərəfdaşlıq prinsipinə sadiq qalmasından irəli gəlir.

Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlara üzv olmaq da əsas prioritetlərdəndir. Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və bir sıra nüfuzlu təşkilatların üzvü olan Azərbaycanın daha bir mötəbər beynəlxalq qurumun – müsəlman dünyasının ən böyük ölkələrini özündə birləşdirən və 30 ilə yaxındır ki fəaliyyət göstərən  İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü oldu. Onu da qeyd edək ki, Azərbaycan bu qurumun sonradan qəbul edilən ilk yeni üzvüdür. Şübhəsiz, bu, dövlətimizin artan regional və beynəlxalq nüfuzunun daha bir bariz nümunəsidir. Məlumat üçün bildirək ki, bu təşkilatda birləşən ölkələrin (Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş) ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Şübhəsiz, bu üzvlük Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici siyasətində yeni üfüqlər açacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək.

Xarici siyasətlə bağlı digər önəmli nailiyyət isə Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda  sıx əlaqələri var. Son illər də Mərkəzi Asiya ölkələri ilə bir  çox layihələr icra edilir. Elə bu kimi səbəblərdən ölkəmizin bu quruma  yekdilliklə tamhüquqlu üzv seçilməsi labüd idi. Bu mənada sözügedən quruma üzv seçilməyimizi böyük bir siyasi və diplomatik uğur kimi dəyərləndirmək olar. Digər tərəfdən, Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm  ölkəmizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər.

2025-ci ildə Azərbaycan Prezidenti 20 dəfə xarici ölkələrə işgüzar və dövlət səfərləri edib. Bir çox xarici dövlət, hökumət başçıları ölkəmizə gəliblər.  Yeri gəlmişkən, ölkəmizdə beynəlxalq tədbirlər keçirilib. Onların arasında təbii ki, Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü xüsusi qeyd etmək olar. Ötən il işğaldan azad edilmiş digər şəhərlərdə – Şuşada, Laçında, Ağdamda  isə üç forum keçirilib: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Şübhəsiz, belə tədbirlərin işğaldan azad edilmiş ərazilərdə təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  mühüm rol oynayıb.  Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş geosiyasi məkanın söz sahibi olan güclü dövlətdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla Əliyevadan Maskat səfəri ilə bağlı – Paylaşım

Next

Böyük Qayıdış: Dövlətin gücü, tarixi ədalətin bərpası

Xəbər lenti

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv