Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ramazan ayı yaxınlaşır: Din adı ilə təhlükəli TƏBLİĞAT aparılır

By Vüsal Rafiqoğlu
16.01.2026 3 Min Read

Fevralın 19-dan etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. İlahi rəhmət, mənəvi saflaşma və özünüdərk ayı kimi qəbul edilən Ramazan insanları səbirə, bağışlamağa, xeyirxahlığa və qarşılıqlı anlayışa çağırır. Bu ay ərzində oruc tutulur, dualar edilir, ehtiyacı olanlara yardım göstərilir, mənəvi dəyərlər ön plana çəkilir. Ramazanın ən fəzilətli gecələri sayılan Qədr gecələri bu il martın 8-i, 10-u, 12-si və 16-na təsadüf edir. Müqəddəs ay isə Şəvval ayının 1-i və 2-də, martın 20–21-də qeyd olunacaq Ramazan bayramı ilə başa çatacaq.

Lakin hər il Ramazan yaxınlaşdıqca bu müqəddəs dövrün ruhu ilə ziddiyyət təşkil edən hallara da rast gəlinir. Ayrı-ayrı şəxslər və qruplar dini mövzuları manipulyasiya edərək məzhəb ayrı-seçkiliyi yaratmağa, qarşıdurma formalaşdırmağa, cəmiyyətdə gərginlik və narahatlıq doğuran paylaşımlar etməyə çalışırlar. Halbuki Ramazanın əsas mesajı parçalanma deyil, birləşmək, ittiham deyil, anlayış, qarşıdurma deyil, mənəvi həmrəylikdir. Bu baxımdan, cəmiyyətin diqqətini təxribatçı yanaşmalardan uzaq tutaraq Ramazanın saflaşdırıcı və birləşdirici mahiyyətinə yönəltməsi xüsusi əhəmiyyət kəsb edir.

WhatsApp Image 2026-01-16 at 12.00.04.jpeg (121 KB)

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı Musavat.com-a bunları deyib:

“Bu yaşıma qədər dini camiədə təhlükəli hesab etdiyim üç dəstə var. Təcrübə göstərir ki, Allah hidayət etməzsə, bu üslubların sonu yaxşı bitmir. Birincisi, daim tənqid və “trend” mövzularda danışmaq: Əhya yoxdur, Quranı başa qoymaq xurafatdır, o yoxdur, sən müşriksən, bu, cəhənnəmlikdir. Təcrübə deyir ki, bu insanların daxilində bərk inciklik var və onlar qisas və intiqamı bu adlar altında alırlar. Peyğəmbərə Məkkədə olmazın zülmləri etdilər. Lakin həzrət Məkkənin fəthində dedi ki, bu gün qisas yox, mərhəmət günüdür. Peyğəmbər şirkə bulaşmış İbrahim ayinlərini islah etdi. Peyğəmbər camaatın cənnətə getməsini istəyirdi, bəhanə tapıb məhv etməyə çalışmırdı. O din xadimi ki, yalnız o yoxdur, bu yoxdur – deyirsə, ona şəklə qulaq as. İslam maarifi genişdir. Əgər Ramazan ayının önəmli əməllərindən olan tövbə-istiğfar, orucun mənası, mənəvi çəkisi, Qədr gecəsi barəsində danışır, eyni halda da, filan şey bu əməllərlə düz gəlmir – deyirsə, ona inan. Yox əgər yalnız şou göstərir və təhqirlə məşğuldursa, Ramazan ayı boyunca bir dəfə olsun belə mənəvi məsələlərə toxunmayıbsa, deməli, məqsədi ayrıdır.

İkincisi, “mənə kimsə dəyər vermir. Mənim kimi insanlar kənarda qalıb. Bu qədər iş görürük, nəzər edən yoxdur. Dindarlar iftara min manat verdilər, din yolunda vermədilər” – deyə, daim şikayət edənlər. Gül heç vaxt başqa güllərlə rəqabət aparmaz. O, sadəcə çiçək açar. Əlindəki imkanlardan istifadə edər. İdeal vaxtı gözləməz, özü bu vaxtı yaradar. Hesabatını Allahla çəkər. Peyğəmbər bir dəfə olsun belə “mən ilahi peyğəmbərəm, kimsə mənə dəyər vermir” – demirdi. Əlindəki imkanlardan istifadə edirdi. İmam Hüseyn düşmənlərinə görə ağlayırdı ki, bunlar mənə görə cəhənnəmə gedəcəklər. Axı niyə?

Üçüncüsü, “mən şükür edənəm. Əhli-beyt aşiqiyəm. Əlhəmdulillah, namazım, orucum yerimdə, günahlardan çəkinirəm” – deyə ilkin təəssürat yaratmağa çalışanlar. Yəni insan istəyir ki, onu müsbət tanısınlar. Kim bəribaşdan özünü müsbət tanıtdırmağa çalışırsa, bilirsən ki, bir müddət sonra bu adamdan pis bir şey üz verəcək. Ayın nə qədər işıqlı tərəfini görürsənsə, bir o qədər qaranlıq tərəfi var. Təcrübə onu göstərir ki, “mən pis adamam” deyənlərdən daha çox xeyir görür bu dünya və ətrafı. Özündə yalnız xeyir görənlər gizlədənlərdir. Hacılar belə, hicablılar elə, dindarlar belə! Bu şikayətlər doludur. Niyə? Çünki camaatda haqlı olaraq bu şeylərə qarşı daxillərində ədalət, xeyir təmənnası var. Necə ki, qazi, şəhid adından öz mənfi niyyətlərinə görə istifadə edənlər var, necə ki, vətən-vətən deyib xəyanət və satqınlıq edənlər var, eləcə də din adı altında münafiqlər var. Çünki gerçək din adamı özünü yersiz olaraq kənara sübut etmir, ibadətini nümayiş etdirmir.

Bunları qeyd edirəm ki, şəxslər və fərdlər üzərində etiqad qurulmaz. Haqq tanınar ki, əhli də tanınsın. Maraqlıdır ki, İmam Mehdi barəsində danışarkən deyilmir ki, gəlib zülm ilə mübarizə aparacaq. Deyilir ki, yer üzünü haqq-ədalətlə dolduracaq. Bütün nasazlıq və natarazlıqların tək səbəbi mübarizə yox, alternativ təqdim etməkdir. Çünki Quran deyir, haqq gəldi, batil getdi. Çünki batil məhv olub aradan getməyə məhkumdur. Bu gün batil ortadadırsa, deməli, haqqnümalıq kifayət qədər haqq deyil. Haqq və həqiqi olmaq lazımdır”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycana güclü soyuqlar gəlir – Bakıda hava BELƏ OLACAQ

Next

Azərbaycanın azadlıq salnaməsində qanla yazılmış səhifə – 20 Yanvar günü

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv