Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

By Vüsal Rafiqoğlu
24.02.2026 4 Min Read

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır.

Beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Novruz bayramı axşamı isə martın 20-sidir.

Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən – su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd çərşənbənin qeyd olunması da məhz bu ilkin yaradılış fəlsəfəsi ilə bağlıdır.

Su çərşənbəsi ilə bağlı maraqlı adətlər...

Bu ardıcıllıq təsadüfi deyil: əvvəlcə su hərəkətə gəlir, sonra od istilik gətirir, ardınca yel nəfəs verir, sonda torpaq oyanaraq canlanır.

Su çərşənbəsində su və su mənbələrinin təzələndiyinə, canlandığına inanılır.

Bu çərşənbə xalq arasında müxtəlif adlarla tanınır: “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”. Bu adların hər biri suyun ilkinlik, təmizlik və başlanğıc rəmzi olmasından xəbər verir. “Yalançı” adlandırılması isə onun hələ qışın tam bitmədiyi, amma yazın nəfəsinin duyulduğu bir keçid mərhələsinə düşməsi ilə əlaqələndirilir.

Folklorşünaslar qeyd edirlər ki, Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır və kainatın yaradılışı ilə bağlı mifoloji təsəvvürlərlə sıx əlaqəlidir. Qədim türklərin dünyagörüşündə su həyatın başlanğıcı, diriliyin və saflığın əsas mənbəyi hesab olunurdu. Elə buna görə də bu gün həyata keçirilən mərasimlərin əksəriyyəti məhz su ilə bağlıdır.

Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün insanlar sübh tezdən axar suyun üstünə gedər, onun üstündən atılarlar. Axar su həyatın hərəkətdə olan, durulmayan, saf və pak halıdır. Üstündən üç dəfə atılmaqla insanlar xəstəliklərdən, dərd-bəladan, ağırlıqdan azad olacaqlarına inanırlar. “Ağırlığım-uğurluğum bu su ilə getsin” deyimi də məhz bu inamın ifadəsidir. Su burada həm təmizləyici, həm də qoruyucu qüvvə kimi çıxış edir.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan maraqlı adətlərdən biri də qızların saçlarından bir tutam kəsərək axar çaya atmasıdır. İnama görə, saç insanın taleyi və ömrü ilə bağlıdır. Axar suya atılan saç, qızın arzu və niyyətlərini də özü ilə aparar, onu həyata çatdırar. Bu rəmzi hərəkət həm də keçmişin ağırlıqlarından qurtulmaq, yeni həyata başlamaq anlamı daşıyırdı.

Yuxuda saç kəsmək nə deməkdir? - Dəyişiklik və yenidən...

Axar çaydan gətirilən suyun quyulara, ağacların dibinə və evlərə səpilməsi də geniş yayılmış adətlərdəndir. İnsanlar inanırdılar ki, bu su bolluq, ruzi və bərəkət gətirər. Xüsusilə ağacların dibinə səpilən su onların daha barlı-bəhrəli olmasına niyyət edilirdi. Bu mərasim təbiətə olan sevgi və bağlılığın, insanla torpaq arasındakı müqəddəs əlaqənin təzahürüdür.

Digər maraqlı adət isə “lal su” – yəni “dilsiz su” gətirilməsidir. Su çərşənbəsi səhəri tezdən bulaqdan, çaydan və ya arxdan danışmadan, heç kimlə kəlmə kəsmədən su gətirilərdi. Bu su müqəddəs sayılardı. Axşam qızlar toplaşar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atardı. Üzük qabın kənarına dəyib cingildədikcə sayılardı. İnama görə, üzük neçə dəfə cingildəsə, o qızın bəxti də o sayda ildən sonra açılardı. Bu mərasim bir növ qədim fal ənənəsinin davamı idi və həm də gənclərin ümidlərinin, arzularının simvolu sayılırdı.

Su çərşənbəsi ilə bağlı unudulmuş inanclardan bir neçəsi bunlardır:

Həmin gün evin damına buğda atarlar ki, ilin bərəkəti artıq olsun;

Un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın;

Axar suyun qabağını kəsmək olmaz. Əks halda insana xətər toxunar. Bu inam qədim azərbaycanlıların suyu müqəddəs bilməsinin bariz nümunəsidir;

Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyilirdi ki, bunu etməsən, evə xətər dəyər, bərəkət dağılar. Bu isə odun da su və torpaq kimi müqəddəs sayıldığını göstərir;

Bakıda çərşənbə tonqalına düşənlərin vəziyyəti açıqlandı - Video Yeni Sabah

Bayram axşamı baltanı götürüb ağacların kötüyünə yüngülcə vuraraq “Ay ağac, yatmısan, oyan, bərəkət payını götür” deyərlər. Bu, təbiətin dirilişinə çağırışdır;

Əvvəllər axar suyun üstündən atıldıqdan sonra uzaq bir yerdə saxsı qab sındırar, “Nə dərd-bəlamız varsa, bu saxsı ilə getsin” deyərdilər. Sınıq qab köhnə ilin ağırlıqlarının simvolu idi.

Su çərşənbəsi süfrəsi də özünəməxsus olur. Süfrədə mütləq təmiz sudan dəmlənmiş pürrəngi çay olmalıdır. İmkan daxilində plov bişirilməli, süfrədə yeddi adda nemət yer almalıdır. Yeddi rəqəmi qədim inanclarda müqəddəs və uğurlu sayılır. Süfrənin zənginliyi ilin bolluq və firavanlıq içində keçəcəyinə inamın ifadəsidir.

Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO Yeni Sabah

Novruzun ən gözəl rəmzlərindən biri olan səməni də məhz Su çərşənbəsində qoyulmağa başlanır. Səməni yazın gəlişinin, təbiətin oyanışının, əkinçiliyin və həyatın yenilənməsinin rəmzidir. Əcdadlarımız buğdanı göyərtməklə torpağın diriləcəyinə, yeni təsərrüfat ilinin bərəkətli olacağına ümid edərdilər. Səməninin yaşıl rəngi həm də ümidin, dirçəlişin və gələcəyə inamın simvoludur.

Bu gün bir çox adətlər unudulsa da, Su çərşənbəsinin mahiyyəti təmizlənmək, yenilənmək, saf niyyətlə yazı qarşılamaq dəyişməz qalır. Su həyatdır, su başlanğıcdır, su paklıqdır. Hər Su çərşənbəsi insanı öz daxilinə baxmağa, köhnə inciklikləri yumağa, yeni arzular üçün yer açmağa səsləyir.

İlk çərşənbəniz mübarək!

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP sürücülərə müraciət etdi

Next

Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv