Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İki manata geyim almaq olarmı? – Əməkdaşımız görün nələr tapdı…

By Vüsal Rafiqoğlu
27.02.2026 4 Min Read

Azad İstehlakçılar Birliyinin sədrindən məsləhət: “Kəskin kimyəvi iy varsa…”

Paytaxtda insanların ən gur olduğu ünvanlarından birindəyik-“8-ci kilometr bazarı”nda… Səhərin erkən saatlarından burada həyat qaynamağa başlayır. Dar keçidlərdə çiyin-çiyinə addımlayan insanlar, piştaxtalardan gələn səslər, satıcıların müştəri çağırışları… Bazar Bakının nəbzinin ən aydın hiss olunduğu yerlərdən biridir.

Əksər paytaxt sakinləri üçün “8-ci kilometr bazarı” ilk növbədə münasib qiymət deməkdir. Xüsusilə ərzaq alış-verişi üçün üz tutulan əsas məkanlardan biridir. Burada həm məhsul bolluğu var, həm də qiymətlər supermarketlərlə müqayisədə daha əlçatandır. Elə buna görə də, demək olar ki, yolu bu bazardan düşməyən az-az adam tapmaq çətindir.

Ancaq bu bazarda təkcə ərzaq satılmır. Keçidlərin birində qəfil geyim piştaxtaları ilə qarşılaşırsan. Qiymətlər adamı bir az da çaşdırır:2 manata qadın koftası, 5 manata qadın şalvarı, 3–5 manata uşaq dəstləri, 5 manata kişi şalvarları…

İndiki zəmanədə iki manata nə almaq olar? Bu sual adamın beynində avtomatik yaranır. Hətta zarafatla deyilən “iki manata salam da vermirlər” ifadəsi burada reallıqla toqquşur. Bəs bu qiymətlər necə mümkündür?

İkinci əldir? Mövsüm sonudur? Keyfiyyətsiz istehsaldır? Yoxsa başqa səbəb var?

Bu sualların ardınca 2 manata kofta satan satıcının yanına yaxınlaşıram. Paltarlara toxunuram. Əsasən nazik koftalardır. Tikişlər gözlə baxıldıqda normaldır. Üst rəflərdə 6 manata qalın sviterləri düzülüb. Onların materialı daha keyfiyyətli təsir bağışlayır.

Adi mağazalarda 30–40, hətta 50 manata satılan geyimlərin burada 6 manata təklif olunması istər-istəməz təəccüb doğurur. Satıcı səbəbi belə izah edir: “Bunlar adi mağazalarda satılan mallardır. Aralarında brend məhsullar da var. Sadəcə illərlə anbarda qalıb. Əzilib, büzülüb, bir az köhnə görüntü alıb. Ucuz verirəm ki, imkansız olan alıb geyinsin. Baxın, hətta “Mango” firmasının koftası da var”.

Doğrudan da etiketlərə baxıram. Bəzilərinin üzərində tanınmış markaların adları var. Amma bu adlar keyfiyyətə zəmanət verirmi?

Elə bu məqamda maraqlı mənzərə ilə qarşılaşıram. Satıcının yanındakı qadın alıcı xeyli kofta seçib kənara qoyur. Söhbət əsnasında məlum olur ki, həmin koftaları bazarın başqa hissəsində 5 manata satır. Yəni 2 manata alır, 5 manata təklif edir. Bazar içində “bazar” qurulub. Əsl alver məntiqi işləyir.

Bir az irəlidə kişi geyimləri satılan mağaza diqqətimi çəkir. Burada da iri hərflərlə “ENDİRİM” yazılıb. 5 manata şalvarlar piştaxtaya yığılıb. Parçaya toxunan kimi fərq hiss olunur. Qadın geyimləri ilə müqayisədə material daha kobud və keyfiyyət baxımından zəifdir. Yəqin ki, qiymətin bu qədər aşağı olmasının səbəbi də budur.

Satıcı ucadan səslənir: “Gəl, ay müştəri! Sənin üçün endirim etmişik!” Sonra əlindəki şalvarları kisənin üstünə atır. Toz qalxır. Alıcıların bir qismi tərəddüd etmədən seçib alır. Digərləri isə paltarı əlinə alıb, bir anlıq baxır və sakitcə yerinə qoyur. Bəziləri isə ümumiyyətlə yaxınlaşmır “5 manatlıq paltarın keyfiyyəti nə olar?” deyib uzaqlaşır. Ucuzluq hər kəs üçün cəlbedici deyil, əksinə riskdir.

Bəs bu mallar doğrudanmı təhlükəli ola bilər? Ucuz geyim sağlamlıq üçün problem yarada bilərmi?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, belə ucuz satış məntəqələri dünyanın bir çox ölkəsində mövcuddur.Onun sözlərinə görə, bu cür yarmarkalara Fransada, İtaliyada, Hindistan və Pakistanda rast gəlmək mümkündür: “İstehlakçıların bir kateqoriyası bahalı malı avtomatik olaraq yaxşı mal hesab edir. Brend adı altında seçim edir və bununla fəxr edir. Digər kateqoriya isə qiymətə üstünlük verir. Məsələn, mən özüm Bakıda 4 manata pencək almışdım. Təzə idi, dəbli idi və bir neçə il geyindim. Belə mallar müxtəlif yollarla bazara çıxır. Hindistanda, Özbəkistanda və Pakistanda istehsal olunan məhsullar ucuz başa gəlir. Bəzən barter əməliyyatları olur, bəzən də anbarda qalmış mallar satışa çıxarılır. Amma istisna hallar da var. Mallar anbarda çürüməsin deyə müəyyən kimyəvi maddələrlə işlənə bilər. Biz belə hallarla da rastlaşmışıq. Ona görə istehlakçı diqqətli olmalıdır. Paltarı alarkən qoxlayın. Kəskin kimyəvi iy varsa, risk etməyin. Əgər iy yoxdursa və məhsul normal vəziyyətdədirsə, istifadə etmək mümkündür.
Brend məsələsinə gəlincə, eyni şəhərdə bir yerdə 5 manata, başqa yerdə isə 200 manata şalvar satılması mümkündür”.

“8-ci kilometr bazarı” təkcə ucuzluq ünvanı deyil. Bu, həm də sosial reallığın aynasıdır. Bir tərəfdə 2 manatlıq kofta, digər tərəfdə çox baha satılan brend geyimlər… Bir tərəfdə büdcəsini düşünən ailə, digər tərəfdə etiketə görə seçim edən alıcı. Burada hər qiymətin arxasında həm də bir hekayə var.

Şahanə Rəhimli,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda turizmlə bağlı son dəqiqə açıqlamaları

Next

SON DƏQİQƏ: Prezidentdən sosial şəbəkələrlə bağlı MÜHÜM SƏRƏNCAM

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv