Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Köç karvanları Qarabağa doğru…

By Vüsal Rafiqoğlu
11.03.2026 3 Min Read

Dövlət bu istiqamətdə lazım olan bütün addımları atır

Qarabağa Böyük Qayıdış prosesi bu gün artıq real həyatın ayrılmaz hissəsinə çevrilib. Birmənalı şəkildə bu proses Azərbaycanın müasir tarixində ən mühüm və qürurverici mərhələlərdən biridir. Uzun illər doğma yurdlarından didərgin düşmüş insanların yenidən ata-baba yurdlarına qovuşması milli ədalətin və tarixi haqqın bərpasıdır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri göstərir ki, Azərbaycan dövləti bu torpaqları yalnız azad etməklə kifayətlənməyib, həm də onları yenidən dirçəltmək, həyatla doldurmaq üçün ardıcıl və sistemli addımlar atır. Müasir şəhər və kəndlərin salınması, yolların, hava limanlarının, sosial infrastrukturun qurulması, yeni yaşayış massivlərinin inşası bölgənin qısa müddətdə böyük dəyişikliklərə şahidlik etdiyini göstərir. Bir vaxtlar dağıdılmış, viran qoyulmuş torpaqlarda bu gün həyat yenidən qaynayır.

Ən önəmlisi isə odur ki, köç karvanları ard-arda Qarabağa doğru yola düşür. Hər yeni köç dalğası bu torpaqların yenidən nəfəs aldığının, həyatın bərpa olunduğunun ən canlı sübutudur.

Onilliklər boyu bu günü gözləyən insanlar üçün doğma torpağa qayıtmaq təkcə fiziki məkan dəyişikliyi deyil, həm də mənəvi qələbədir. Məcburi köçkünlər illərlə qəlblərində yaşatdıqları həsrətin sona çatacağı günün xəyalı ilə yaşayıblar. Bu gün isə həmin arzular reallığa çevrilir. Qarabağda həyat yenidən qurulur, kəndlər dirçəlir, şəhərlər canlanır və Böyük Qayıdış prosesi hər keçən gün daha da geniş miqyas alır.

Ötən il işğaldan azad olunmuş ərazilərə ümumilikdə 3893 ailə olmaqla 15781 nəfər köçürülüb.

Bu barədə Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumatda bildirilib.

Artıq işğaldan azad olunmuş ərazilərdə 30 minə yaxın köçkün evlərlə təmin edilib və orada yaşayırlar. Ümumilikdə isə 74750 nəfər bu ərazilərdə yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Məlumat üçün bildirək ki, dövlət proqramına görə 2026-cı ilin sonuna qədər təxminən 140 min keçmiş məcburi köçkünün-34 500 ailənin azad edilmiş ərazilərə yerləşdirilməsi planlaşdırılır.

“2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi zəfər qazandı və illərlə işğal altında qalan torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ölkəmiz yeni bir tarix yazdı. Bu müharibə zamanı dövlət-xalq-ordu birliyi bütün dünyaya nümunə kimi nümayiş olundu. Azərbaycan xalqı öz milli həmrəyliyini, iradəsini və vətənə bağlılığını bir daha ortaya qoydu. Şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi”.

Vüqar İskəndərov: Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan  siyasət həyata keçirib - AZƏRTAC

Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu böyük zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, birliyin və qətiyyətin təntənəsi oldu: “Bu gün də Azərbaycan dövləti və xalqı həmin qətiyyət və iradəni işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesində nümayiş etdirir. Görünən odur ki, köç prosesi planlı və mərhələli şəkildə davam edir. Azərbaycan dövləti azad edilmiş torpaqlarda həyatın bərpası üçün lazım olan bütün addımları atır, müasir şəhər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, enerji və kommunikasiya xətləri qurulur. Bir sözlə, işğaldan azad olunmuş ərazilər yenidən qurulur, dirçəldilir və yaşayış üçün tam hazır vəziyyətə gətirilir”.

Deputatın sözlərinə görə, diqqətçəkən əsas məqamlardan biri də budur ki, dünyada baş verən mürəkkəb siyasi proseslərə və müxtəlif regional gərginliklərə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və köç prosesi bir an belə dayanmır. O qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi gücünü və xalqımızın öz tarixi torpaqlarına qayıtmaq əzmini bir daha açıq şəkildə nümayiş etdirir.

Hazırladı: Cavanşir Abbaslı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SON DƏQİQƏ: Putin İlham Əliyevə ZƏNG ETDİ

Next

Bazar analizi: Qırmızı ət və balığın qiymətləri niyə yüksəlir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv