Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Heyvanın KƏSİM yaşını azaltmaq əvəzinə artırmaq… kimə XEYİR verəcək?

By Vüsal Rafiqoğlu
17.03.2026 4 Min Read

Azərbaycan hökuməti iri və xırdabuynuzlu heyvanların kəsim yaşını özü tənzimləmək istəyir.

Musavat.com xəbər verir ki, məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində əksini tapıb.

Hökumətin Milli Məclisə verdiyi hesabatdan aydın olur ki, təklifin müəllifi elə proqram layihəsini hazırlayan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir (AQTA).

Hesabatda qeyd edilir ki, AQTA tərəfindən hazırlanmış sözügedən Dövlət Proqramının layihəsi hazırda yekun razılaşdırılma (vizalanma) mərhələsindədir. Layihədə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması tədbirləri nəzərdə tutulub. Birinci tədbir çərçivəsində maarifləndirici materialların (buklet, broşür və s.) hazırlanması və paylanması, ikinci tədbir çərçivəsində isə iri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

Qeyd edək ki, son illərdə Azərbaycanda mal və qoyun ətinin qiymətində sürətli, əksər hallarda əsassız artım prosesi gedir. Quru sərhədlərin bağlanması xaricdən diri mal-qoyun idxalının məhdud bir qrupun əlində cəmləşməsi ilə nəticələnib. Həmin qrupun Gürcüstan və Rusiyadan ucuz qiymətə alıb gətirdiyi kiçik quzu və buzovlar Azərbaycanda yenə də məhdud qrupun fermalarında 8-12 aylığa qədər bəslənir, daha sonra kəsimə verilir. Həmin inhisarçı qruplar ölkə daxilində heyvandarlığın bitkiçiliyin xeyrinə sıxışdırılması nəticəsində heyvan sayının azalmasından sui-istifadə edərək, qiymətləri bir çox hallarda əsas olmadan qaldırırlar. Bu şəraitdə ötən ildən heyvanların kəsim yaşına məhdudiyyət qoyulması kimi absurd təklif dövriyyəyə buraxılıb. Hökumətin hesabatındakı məlumat göstərir ki, bu addım məqsədyönlü olub, ictimaiyyəti tətbiq olunmasına artıq qərar verilmiş prosesə hazırlamaq məqsədi daşıyırmış.

Mal və qoyunun kəsim yaşına dair kiçik bir araşdırmanı biz də apardıq. Çox maraqlı mənzərə ilə üzləşdik. Məlum oldu ki, dünyada yetişdirmə texnologiyalarının inkişaf etdirilməsi nəticəsində son 40 ildə iribuynuzlu mal-qaranın kəsim yaşı 2,5-3 ildən 12-18 aya qədər azaldılıb. Dünyanın ən böyük ət istehsalçıları olan ABŞ, Braziliya, Avstraliya, Yeni Zelandiyada bu, inkişaf və istehlakçıya daha yararlı qida təminatı sahəsində uğur kimi təqdir olunur. Bildirilir ki, iribuynuzlu heyvanların 12-18 aylıq olanda kəsilməsi qida dəyəri baxımından insan orqanizmi üçün daha faydalı ət əldə etməyə imkan verir. İnkişaf etmiş ölkələr heyvanlara baxım və yetişdirmə texnologiyalarını yüksəltməklə heyvan kəsimi yaşını buna uyğunlaşdırmaqları ilə fəxr edirlər.

Bakının bu qəsəbəsində ət BAHALAŞDI

Ümumiyyətlə, dünyanın heç bir ölkəsində ətlik heyvanların kəsim yaşını dövlət qurumu tənzimləmir. Bu, tamamən heyvanı saxlayan fermerin-sahibkarın özünün bazar tələbinə uyğun qərar verəcəyi məsələ hesab olunur: heyvana yaxşı baxıb iqtisadi səmərə əldə etməyə imkan verən çəkiyə tez çatdıran sahibkar daha uğurlu sahibkar kimi qiymətləndirilir. Çünki vaxt heyvan ətinin keyfiyyət göstəricilərinə ən böyük təsirə malik amildir. Bir dananı 400 kq çəkiyə 15 aya çatdıraraq, onu kəsimə verən sahibkarın təklif etdiyi ət daha baha qiymətə və sürətlə alınır, nəinki buna 24 aya nail olan sahibkarın.

Qoyunlarla bağlı məsələ bir qədər fərqlidir. Avstraliyada erkək qoyunların orta kəsim yaşı 6-15 ay arasında dəyişir. Dişi qoyunlarda bu, daha yüksək ola bilər, bir şərtlə ki, döllənmiş olmasın.
Bizim regionumuzda Rusiyada 14 günlükdən aşağı mal və qoyunun ətlik məqsədilə kəsilməsi 2022-ci ildə qadağan edilib.

Dünya təcrübəsinə əsasən sənaye əsaslı ət məhsullarının – kolbasa, sosiska, konservlər və sairin istehsalında istifadə olunmaq üçün ət əldə etmək məqsədilə saxlanılan heyvanların 2-3 və daha artıq yaşda kəsilməsi qeydə alınır. Çünki belə istehsal zamanı ət əlavə emaldan keçir, ona müxtəlif əlavələr qatılır.

Bir sıra ölkələrdə mal-qoyun kəsimində yaş məsələsi dini tələblərlə də tənzimlənir. Bu, əsasən müsəlman ölkələrində belədir. İslam dininin tələbinə görə, Qurbanlıq qoyun və keçilərin yaşı ən azı 1 (bir) il olmalıdır, lakin 7-8 aylıq quzu bir yaşlı kimi görünürsə, kəsilə bilər. İnək və öküzlərin kəsim yaşı ən azı 2 (iki) il tamam olmalıdır. Dəvələrdə yaş həddi 5 il də ola bilər. Bu yaş həddi heyvanların fiziki yetişkənliyi üçün minimum tələbdir.

Beləliklə, bazarın tənzimləməli olduğu daha bir məsələni Azərbaycan hökuməti – AQTA öz üzərinə götürmək istəyir. Yəni dövlət qurumu heyvanına yaxşı baxıb onu 8 aylığında kəsim həddinə çatdıran sahibkara deyəcək ki, yox, sən hələ 4-6-8 ay gözlə, heyvana əlavə xərc çək, sonra kəs. Həmin müddətdən sonra isə əldə olunan ətə tələbat az olacaq, qiymət düşəcək.

Bu, hansı nəticələri verə bilər? AQTA-nın ət kəsimi ilə bağlı son illərdə qoyduğu tələblər, onların icra vəziyyəti göstərir ki, mal və qoyunların kəsim yaşına hansısa məhdudiyyət qoyulması bazarda qiymətlərin qalxmasını sürətləndirəcək. Azərbaycan əhalisi əsrlərdən bəri formalaşmış yemək adətini, ağız dadını hansısa məmurun göstərişi ilə dəyişməyəcək. Yenə də tələbat 6-12 aylıq quzuların, 12-18 aylıq danaların ətinə olacaq. Bu tələbatı ödəmək üçün mal-heyvan sahibləri AQTA-nın nəzarətində olan kəsimxanalarda yaş tələbindən yayınmaq üçün əlavə rüşvət ödəməyə məcbur olacaqlar. Həmin o əlavə rüşvət oturacaq ətin qiymətinə və onu daha da bahalaşdıracaq. Yaxud mal-heyvan kəsiminin daha çox hissəsi kəsimxanalardan kənara çıxacaq. Bu da yenə əlavə xərcləri və qiymətləri artıracaq.

Ümid edək ki, Azərbaycan hökuməti dünyanın heç bir yerində olmayan bir funksiyanı – vətəndaşın ağız dadını müəyyənləşdirməyi öz üzərinə götürməyə çalışmayacaq.

Dünya SAKİT,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maşınını texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ

Next

Milli Məclis TOPLAŞDI – Gündəlikdə bu məsələlər var

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv