Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bayramda minlərlə ziyarətçini cəlb edən məkan – REPORTAJ, FOTOLARVİDEO

By Vüsal Rafiqoğlu
24.03.2026 3 Min Read

Novruz tətili günlərində paytaxt sakinləri şəhərin müxtəlif məkanlarına üz tuturlar. Onlar arasında mədəni istirahətə üstünlük verənlər kifayət qədər çoxdur.

Bu günlərdə ziyarətçi axınının artdığı ünvanlardan biri də Azərbaycan Milli Xalça Muzeyidir. Həm yerli sakinlər, həm də xarici turistlər burada təqdim olunan ekspozisiyalar və yeni sərgilərlə yaxından tanış olmaq imkanı qazanırlar.

Musavat.com-un əməkdaşı olaraq, sözügedən muzeyə baş çəkib bayram tətilində təqdim olunan yeniliklərlə maraqlandıq.

WhatsApp Image 2026-03-24 at 12.04.09.jpeg (1.40 MB)

Bayramdan öncə muzeydə rəssam Nigar Əliyevanın yeni sərgisi açılıb. Sərgidə müəllifin son illərdə yaratdığı onlarla rəsm əsəri nümayiş olunur. Rəsmlərdə Azərbaycan milli mədəniyyəti, məişət elementləri və ornamental üslub xüsusi yer tutur. Əsərlərin rəng palitrası və kompozisiyası ziyarətçilərdə həm nostalji, həm də estetik zövq yaradır. Novruz mövzusunda əsərlərin olması isə bayram günlərində ziyarətçilərdə xüsusi ovqat yaradıb. Muzey əməkdaşlarının sözlərinə görə, bayram günlərində sərgiyə gələnlərin sayı xeyli artıb. Ziyarətçilər sərgi və muzey haqqında müsbət fikirlər səsləndirirlər.

Onların sözlərinə görə, Azərbaycan Milli Xalça Muzeyi yalnız sərgi məkanı deyil, həm də Azərbaycan xalçaçılıq sənətinin canlı təqdimatıdır. Burada nümayiş olunan eksponatlar və təşkil olunan sərgilər milli irsin qorunması və təbliği baxımından mühüm rol oynayır.

Bakı sakini Aysel Məmmədova deyib ki, buradakı əsərlər insana doğmalıq hissi verir:

“Hər detal milli ruhu əks etdirir və Azərbaycan mədəniyyətinin zənginliyini göz önünə qoyur. Mənim üçün bu, sadəcə sərgi deyil, doğma xatirələrə qayıtmaq kimi bir təcrübə oldu. Hər bir naxış, hər bir rəng seçimi xüsusi diqqətlə hazırlanıb və insanı valeh edir. Burada vaxt keçirmək həm əyləncəli, həm də maarifləndiricidir. Sanki hər əsər öz hekayəsini danışır”.

XALCA.jpeg (1.75 MB)

Paytaxt sakini Kamran Əliyev üçün də Novruz günlərində belə bir məkana gəlmək çox xoşdur:

“Muzey həm istirahət üçün, həm də öyrənmək üçün ideal şərait yaradır. Mən xüsusilə sərginin təşkilinə heyran qaldım, hər şey səliqəli və zövqlə hazırlanıb. Ekspozisiyadakı əsərlər Azərbaycan mədəniyyətini gözəl əks etdirir. Həm uşaqlar, həm də böyüklər üçün maraqlı və faydalı bir təcrübədir. Bu, sadəcə, xalçaları görmək deyil, mədəni irsi canlı hiss etməkdir”.

Türkiyədən gələn turist Ayşe Demir:

“Azərbaycan xalçalarının naxışları və rəngləri məni çox təsirləndirdi. Muzeydə hər bir eksponat diqqətlə təqdim olunur və mədəniyyətin zənginliyini göstərir. Burada gəzdikcə ölkənin tarixini və ənənələrini daha yaxından öyrənmək olur. Sərgidəki rəsm və dekorativ elementlər diqqəti çəkir və gözə xoş gəlir. Bu, mənim üçün yalnız turistik ziyarət deyil, həm də öyrənmə fürsətidir. Buradakı atmosfer hər kəsi mədəniyyətlə daha yaxından tanış edir”.

Almaniyalı turist Markus Veber:

“Muzeyin binası çox maraqlı və unikaldır, memarlıq həqiqətən diqqət çəkir. Hər şey yüksək səviyyədə təqdim olunub. Eksponatlar, sadəcə, nümayiş olunmur, onların hər biri haqqında məlumat almaq imkanı var. Bu sərgi vasitəsilə Azərbaycan mədəniyyətini və xalçaçılıq sənətini daha yaxşı başa düşdüm. Hər detal incə düşünülüb. Məncə, buraya gəlmək hər bir turist üçün vacibdir”.

WhatsApp Image 2026-03-24 at 12.04.07.jpeg (941 KB)

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyində 10 mindən çox eksponat qorunur. Kolleksiyaya yalnız xalçalar deyil, həm də müxtəlif dekorativ-tətbiqi sənət nümunələri daxildir. Müasir təqdimat üsulları, interaktiv imkanlar və bələdçi xidmətləri ziyarəti daha maraqlı və yaddaqalan edir.

Nigar Həsənli,
Fotolar müəllifindir
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Euronews”da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlandı

Next

Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv