Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Euronews” Qlobal Bakı Forumu barədə: Bu, ciddi qlobal problemlərin həlli üçün platformadır

By Vüsal Rafiqoğlu
24.03.2026 2 Min Read

“Euronews” beynəlxalq xəbər kanalı matın 12-14-də keçirilən Qlobal Bakı Forumuna həsr olunmuş material hazırlayıb.

Musavat.com Report-a istinadla xəbər verir ki, telekanal forumu ən ciddi qlobal problemlərin həlli yollarını tapmaq üçün nəzərdə tutulan platforma adlandırıb.

“Biz qlobal çağırışlarla üzləşirik. Əgər çağırışlar qlobaldırsa, o zaman həll yolları da qlobal olmalıdır. Məhz buna görə də bu cür forumlar yeni ideya və konsepsiyaların təklif edilməsi üçün ilham anı ola bilər ki, bütün dünyadakı liderlər ən yaxşı qərarları qəbul etmək üçün onlardan istifadə edə bilərlər”, – Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel hesab edir.

“Euronews” vurğulayıb ki, Qlobal Bakı Forumu çağırışları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq üçün hər il dünyanın dörd bir yanından hazırkı və sabiq liderləri, prezidentləri, baş nazirləri və qərar qəbul edən şəxsləri bir araya gətirir:

“Bu il müzakirələr qlobal idarəçiliyin gələcəyi, artan geosiyasi gərginlik və beynəlxalq əməkdaşlığın yeni modellərinin axtarışı üzərində cəmlənmişdi”.

Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Merin öz növbəsində qeyd edib ki, yaranmış geosiyasi şəraitdə Avropanın enerji tədarükünə kəskin ehtiyacı var:

“Enerji tərəfdaşlığı Avropanın mövcudluğu üçün kritik əhəmiyyət daşıyır və bu məsələdə Azərbaycanın, eləcə də bu regionun əhəmiyyətinə qiymət verməmək mümkün deyil”.

“Euronews” bildirib ki, müzakirələrin digər bir əsas mövzusu qlobal institutların gələcəyi və onların yaranan təhdidlərə cavab vermək qabiliyyəti olub.

Bu barədə danışan Şərqi Timorun prezidenti Joze Ramuş-Horta qeyd edib ki, Hörmüz boğazının bağlanması kimi qlobal böhranlar Azərbaycan kimi ölkələrə heç də həmişə birbaşa təsir göstərmir:

“İronik olsa da, ola bilsin ki, məhz Azərbaycanın sahilyanı və ya dəniz ölkəsi olmaması səbəbindən onun neft və qazının nəqli boru kəmərləri və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Beləliklə, Hörmüzün bağlanması ona təsir etmir. Ən azından, regiondakı problemlər fonunda Azərbaycan sakitliyini qoruyur”.

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Qlobal Bakı Forumu geostrateji xarakterli məsələlərin həlli yollarının axtarışında mühüm rol oynayır:

“Hesab edirəm ki, bu konfrans mühüm rol oynayır: burada dövlət və hökumət başçıları, diplomatlar, akademiklər, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələri ciddi müzakirələr aparmaq və həll yolları tapmaq üçün bir araya gəlirlər. İnanıram ki, onların səsi eşidiləcək”.

“Euronews” vurğulayıb ki, forum iştirakçıları dünya birliyinin dərin transformasiya dövrünə daxil olduğunu aydın şəkildə bəyan ediblər.

Telekanal forumu qlobal dünya nizamının inkişaf vektoru ətrafında açıq debatlar üçün platforma kimi xarakterizə edir:

“İstər diplomatiya, istər əməkdaşlıq, istərsə də siyasi innovasiyalar olsun, bir çoxları əmindir ki, getdikcə mürəkkəbləşən dünyada istiqaməti müəyyənləşdirmək üçün açıq dialoq zəruri şərt olaraq qalacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabahdan hava pisləşəcək – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Next

“Euronews”da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlandı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv