Cəmiyyət 

Məşhur bazar sökülür – Səbəb nədir? – VİDEO

Qəbələ rayonunun Vəndam qəsəbəsindəki bazar sökülür. Buna səbəb Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsidir. Yolun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində köhnə körpü dağıdılıb və yenisi inşa olunur. Vəndam bazarının ərazisi tikinti sahəsinə düşüb. Artıq ətraftakı mağazalar boşaldılıb və sökülür. Eyni zamanda, Vəndamda magistralın kənarında yerləşən evlər və hasarlar da plana düşüb, söküntüsünə başlanılıb, ağaclar kəsilib. Qeyd edək ki, yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu…

Read More
Sosial 

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün…

Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, insanlara olan sevgisi və sosial məsələlərə həssas yanaşması ilə yadda qalan mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsi yeni və mənalı bir təşəbbüslə yad edilir. Onun adını və ideallarını yaşatmaq məqsədilə qadınlar üçün reabilitasiya mərkəzinin açılması qərara alınıb. Musavat.com bildirir ki, bu barədə mərhum deputatın əmisi qızı Təranə Paşayeva məlumat verib. “Bu günlər mənim üçün xüsusi önəmlidir. Qadınlar üçün reabilitasiya mərkəzi açırıq — bu, dəstək, güc və yeni ümid məkanıdır. Bu mərkəzi Milli Məclisin deputatı olmuş bacım Qənirə Paşayevanın əziz xatirəsinə həsr edirəm. Onun…

Read More
Siyasət 

XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var

Minatəmizləmə işlərinə daha çox geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir: “14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri kəskin şəkildə xatırladır”. Nazirlik qeyd edib ki, 2020-ci ildə Vətən…

Read More
Cəmiyyət 

Bank kartları ilə bağlı yeni qərar nəyi dəyişəcək? – ETİRAZ

“Hər bir halda, Mərkəzi Bankın kommersiya banklarının xidmət haqlarını aşağı-yuxarı, yaxud orta səviyyəsini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Çünki banklar kommeriya təşkilatıdır və qiymətlərini özləri müəyyənləşdirir”. Bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, özəl banklar qarşısında konkret şərtlərin qoyulması ancaq qanunvericiliklə mümkündür: “Mərkəzi Bank digər banklar üçün öz xidmətlərinin hədlərini müəyyənləşdirə bilər. AMB-nin nə kedit faizinin, nə əmanətin nə də digər maliyyə resursların yuxarı həddini müəyyənləşdirmək hüququ yoxdur. “Banklar haqqında” qanunda konkret olaraq yazılıb: Banklar öz xidmət haqqını və xidmət şərtlərini özləri müəyyən edirlər. Mərkəzi Bank özünün müəyyən etdiyi yuxarı…

Read More
Cəmiyyət 

ADY-nin sərnişin və yük qatarlarına 18 dəfə daş atılıb

Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb. Bu barədə Musavat.com-a səhmdar cəmiyyətdən bildirilib. “Bu vandallıq aktı nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər”, – məlumatda qeyd edilib. Bildirilib ki, qatarlara daş atanlar əsasən azyaşlılardır: “Bunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər…

Read More
Gündəm 

Kart sahiblərinə VACİB XƏBƏR

Hər bir halda, Mərkəzi Bankın kommersiya banklarının xidmət haqlarını aşağı-yuxarı, yaxud orta səviyyəsini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Çünki banklar kommeriya təşkilatıdır və qiymətlərini özləri müəyyənləşdirir. Musavat.com xəbər verir ki, bu sözləri Yeni Sabah-a hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, özəl banklar qarşısında konkret şərtlərin qoyulması ancaq qanunvericiliklə mümkündür: “Mərkəzi Bank digər banklar üçün öz xidmətlərinin hədlərini müəyyənləşdirə bilər. AMB-nin nə kedit faizinin, nə əmanətin nə də digər maliyyə resursların yuxarı həddini müəyyənləşdirmək hüququ yoxdur. “Banklar haqqında” qanunda konkret olaraq yazılıb: Banklar öz xidmət haqqını və xidmət şərtlərini özləri müəyyən edirlər. Mərkəzi…

Read More
Siyasət 

SON DƏQİQƏ! Prezident bu qanuna DƏYİŞİKLİYİ təsdiqlədi

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.

Read More
Hadisə 

Xəzərdə balıqçı batdı – Əraziyə helikopter cəlb edildi

Neft Daşlarının yaxınlığında balıqçı batıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb. Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Read More
Cəmiyyət 

Nikah bağlanarkən bu istənilə BİLƏR

Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də, hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, aildə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar. Musavat.com xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv”yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir. Milli Məclisin üzvü…

Read More
Cəmiyyət 

Ağdərə və Xocalıya növbəti köç karvanları yola salındı

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb. Musavat.com xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.

Read More