Şənbə, 27 İyn, 2026

Bərdə “Ali-Mehdi” Taekvondo Klubu və onun baş məşqçisi Malik Mirzəyev bölgədə gənc idmançıların yetişdirilməsində mühüm rol oynayırlar.

26 iyun Silahlı Qüvvələr günü ilə bağlı bu gün Bərdə rayon Ali Mehdi Taekvondo Klubunun məşqçisi 44 günlük ikinci Qarabaq müharibəsinin Veteranı Malik Mirzəyev öz tələbələri ilə Şəhidlər Xiyabanına gələrək Şəhidlərimizi ziyarət etmişdilər. Malik Mirzəyevin rəhbərliyi altında “Ali-Mehdi” Taekvondo Məktəbinin idmançıları mütəmadi olaraq müxtəlif yarışlarda medallar qazanırlar. Son ölkə birinciliklərində klubun yetirmələri yüksək nəticələr göstərmişdir: […]

MRİO-da idman yarışlarının ikinci gün həyəcanı FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasının ikinci günündə sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman, stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə yarışlar da davam edib. Sərbəst güləş yarışlarında müxtəlif şəhər və rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər. Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki […]

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ” komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib. Bu barədə Ağdam təmsilçisindən məlumat verilib. Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. “Köhlən-atlar” iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq. Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq […]

Qurban Qurbanov: “Qarabağ” optimal formada deyil, buna görə ciddi olmalıyıq”

“Qarabağ” optimal formada deyil, buna görə ciddi olmalıdır. Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları “Vestri” (İslandiya) komandasından və “Qarabağ”ın 2026/2027 mövsümünə hazırlığından danışıb: “Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda, transfer […]

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olur

UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), və “Vestri” (İslandiya) komandaları yer alıb. Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. […]

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. “İki sahil” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. “Tipos Arena”dakı oyun 2:0 hesabı ilə bitib. Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb. Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə […]

“Turan Tovuz” UEFA-nın qərarından CAS-a şikayət edəcək

“Turan Tovuz” klubu UEFA bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Bu barədə qərb təmsilçisinin yaydığı rəsmi bəyanatda bildirilib. Klubun bəyanatını təqdim edirik: “2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək çempionatı 3-cü pillədə başa vurduq və haqqımız olan ‘Konfrans Liqası’nda çıxış etmək hüququ qazandıq. Lakin UEFA İntizam Komitəsi […]

“Qarabağ” “Sabah”ın futbolçusu ilə maraqlanır

“Qarabağ” səs-küylü gedişlərindən birini etməyə hazırlaşır. Çempionluq yarışında uğursuzluqla üzləşən Ağdam təmsilçisi növbəti mövsüm üçün heyəti gücləndirməklə yanaşı, birbaşa rəqiblərini zəiflətmək də istəyir. Onlar “Sabah”ın aparıcı ulduzlarından olan Coy-Lens Mikelsi hədəfə alıb. Ağdam klubu təcrübəli hücumçuya illik 550 min manat maaş təklif edib. Hazırda tərəflər arasında danışıqların aktiv mərhələdə olduğu bildirilir. Masazır təmsilçisi isə əsas […]

Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi təyin edilə bilər. Uğursuz mövsümdən sonra İstanbul nəhəngi yeni baş məşqçi axtarışına başlayıb. Qurban Qurbanovla yanaşı, siyahıda Arda Turan, Nuri Şahin və İlhan Polat, Razvan Luçeskunun da adı var. “Beşiktaş” Sergen Yalçınla yollarını ayırıb. Qeyd edək ki, bundan öncə də Qurban Qurbanov “Beşiktaş”ın məşqçilər siyahısında yer almışdı./qafqazinfo.az/