Cəmiyyət 

Bakıda bu ərazilər qazsız qalacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Afaq Bəşirqızı Cabir İmanovdan yazdı – “İnanmaq istəmirəm”FOTO

Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən həmkarı Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Aktrisa həmkarının vəfatına inana bilmədiyini yazıb: “İnanmıram, Cabir… İnanmaq istəmirəm… Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu. Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan… Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb. Ruhun şad olsun, əziz insan”. Xatırladaq ki, A.Bəşirqızı və C.İmanov “Bəxt üzüyü 2” filmində birgə…

Read More
Cəmiyyət 

Toy karvanında hərəkət edənlərə XƏBƏRDARLIQ

“Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. BDYPİ bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz…

Read More
Cəmiyyət 

Xalq artistinin SON DURUMU

“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir”. Bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib. “Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir”, – o bildirib. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

Read More
Cəmiyyət 

Məktəblini soyundurub videoya çəkiblər? – VİDEO

Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb.  Həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar. “Deyilənə görə, onun özü soyunub. Deyəsən videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, – şagirdlər bildirib. Valideynlər isə bu hadisədən narahat olduqlarını qeyd ediblər. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyib.…

Read More
Cəmiyyət 

Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib. “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək. Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər. Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev “Report”a eksklüziv açıqlamasında bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə…

Read More
Cəmiyyət 

“Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin”

“Üzeyir bəyin 140 illiyinə həsr olunmuş tədbirlə bağlı Cabirə zəng etdim. Fikrimi və istəyimi ona çatdırdım. Dedi ki, “Aybəniz xanım, bu gün işdə deyiləm, sabah zəhmət olmasa gəlin yanıma, orada danışarıq. Məni o qədər böyük sevgi və hörmətlə qarşıladı ki, bu münasibət məni çox təsirləndirdi”. Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova ötən gün vəfat edən Əməkdar artist Cabir İmanov haqda yazıb. O, istəyinin yerinə yetirilməsi üçün mərhum sənətçinin tapşırıq verdiyini bildirib: “Zəng edib “Aybəniz xanımın istəyini yerinə yetirmək lazımdır. Ən yüksək səviyyədə təşkil edin. Nə istəyir,…

Read More
Cəmiyyət 

Məşhur kardioloq Cabir İmanovun ölümündən danışdı və onları HƏDƏFƏ ALDI – ŞOK DETALLAR

Dr. Günay Rəhimova: “İdman zallarında defibrilyator olmalı, hər kəs kardioloq müayinəsindən keçməlidir” Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova, Əməkdar artist Cabir İmanovun qəfil ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, idman zallarında mövcud olan qeyri-professional şəraitə diqqət çəkib. Musavat.com xəbər verir ki, həkim paylaşımında bir neçə vacib məqama toxunub və bu məsələdə məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb. Dr. Rəhimova bildirib ki, dəfələrlə bu barədə yazsa da, çıxışlar etsə də, idmançılar və məşqçilər tərəfindən kinayə ilə qarşılanıb: “1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır.…

Read More
Cəmiyyət 

Tarif dəyişikliyi zərurətdirmi? – Azərbaycanda ictimai nəqliyyatın iqtisadi reallıqları

Azərbaycanda ictimai nəqliyyat tarifləri uzun illər sosial dövlət prinsiplərinə əsaslanaraq dövlət tərəfindən tənzimlənir. Bu model vətəndaşlara münasib qiymətlərlə nəqliyyatdan istifadə imkanı yaratsa da, daşıyıcıların maliyyə dayanıqlılığına ciddi təsir göstərir. Gediş haqlarının maya dəyərindən aşağı müəyyənləşdirilməsi nə mənfəət yaradır, nə də əməliyyat və investisiya xərclərini qarşılamağa imkan verir. Nəticədə bir çox daşıyıcıların maliyyə yükü artır, borcları yığılır və xidmət keyfiyyəti zəifləyir. Yeni tariflər və dövlət proqramı Mövcud şəraitdə hökumətin qarşısında duran əsas vəzifə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və onun dayanıqlığını təmin etməkdir. Məhz bu məqsədlə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat…

Read More