Cəmiyyət 

Velosiped və skuter istifadəçilərinə ŞAD XƏBƏR

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Görülən işlər çərçivəsində Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 km-lik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped zolağı ilə birləşdiriləcək. Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.…

Read More
Cəmiyyət 

Qeyri-sabit hava meyvə bazarını silkələdi – Qiymətlər ARTACAQ?

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına, xüsusilə də çiçəklənmə dövründə olan meyvə bağlarına ciddi təsir göstərib. Xaçmaz rayonu və Zaqatala rayonudan olan fermerlər bildirirlər ki, ardıcıl yağan yağışlar bağlarda aparılan aqrotexniki işləri çətinləşdirib. Fermerlərdən birinin sözlərinə görə, şaftalı, nektarin və alça bağlarında vaxtında görülməli olan işlər gecikib, dərmanların yağış səbəbindən yuyulması isə ciddi ziyana yol açıb. Onun sözlərinə görə, bu il məhsul itkisi 85-90 faizə çatıb və ümumi zərər təxminən 8-9 min manat civarındadır. Fermerlər qeyd edib ki, qeyri-sabit hava daha çox şimal-qərb bölgələrində, xüsusilə…

Read More
Cəmiyyət 

Onkologiyada yaralanan Asif Nəsirli vəfat etdi – RƏSMİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim vəfat etdi Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarından birində partlayış törətmişdi. Hadisə nəticəsində pasiyent yerində ölmüş, həkim-radioloq Asif Nəsirli isə ağır xəsarət almışdı. Həkim bir müddət ağır vəziyyətdə müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.   Musavat.com

Read More
Cəmiyyət 

Mayın 28-də əfv olacaq? – “Komissiya müraciətləri qəbul edir”

“Müstəqillik Günü ərəfəsində əfv sərəncamının verilməsi ehtimalı hazırda yüksək qiymətləndirilmir”. Bu barədə “Yeni Sabah”a “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. “Adətən əfv sərəncamından əvvəl komissiyanın iclasları keçirilir, müzakirələr aparılır və müraciətlərə baxılır. Ötən ilin may ayında Prezident əfv sərəncamı imzalamışdı. 2025-ci il, dekabrın sonunda isə Milli Məclis tərəfindən Amnistiya Aktı qəbul edilmişdi. Amnistiya aktının icrasına 4 ay vaxt ayrılıb və bu proses aprelin sonunda başa çatdırılıb. Eyni vaxtda amnistiya və əfv kimi iki oxşar hüquqi mexanizmin paralel tətbiqi praktiki və hüquqi baxımdan məqsədəuyğun hesab edilmir”, –…

Read More
Cəmiyyət 

Nazirlikdə struktur dəyişikliyi edildi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Kollegiya üzvlüyündən çıxarılıb. Onun yerinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Kollegiya üzvlüyünə gətirilib./Trend.Az

Read More
Cəmiyyət 

4 məktəbə direktor təyin olundu

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb. Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb. Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli…

Read More
Cəmiyyət 

Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili…

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bildirilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçimi ilə bağlı müraciətləri qeydə alınıb: 2024-cü ildə 62, 2025-ci ildə 52, 2026-cı ilin ilk 3 ayı ərzində isə 6 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib. Eyni zamanda, qadınların ikili soyad seçiminə müraciətləri daha yüksək olub. Belə ki, 2024-cü ildə 802, 2025-ci ildə 1052, 2026-cı ilin ilk üç ayında isə 174…

Read More
Cəmiyyət 

Günün fotosu – Atası var, atıb, anası var – anmır

Şəkildə gördüyünüz bu uşaqdan xəbəriniz var yəqin, Goradil qəsəbəsinin məzarlığında yatmış, tərk edilmiş, atılmış vəziyyətdə tapılıb, sığınacağa yerləşdirilib. Bu gün xəbər yayılıb ki, onun valideynlərini, daha dəqiqi, bioloji cütləşmə yolu ilə bu yaraşıqlı, üz-gözündən pozitivlik yağan uşağı dünyaya gətirən kişi cinsindən olan vətəndaşla qadın cinsindən olan vətəndaş tapılıb. Onların bu uşağı tərk etməkdə niyyətləri, məqsədləri, motivləri nə olub, hələ bilinmir. Ancaq dünyada heç bir səbəb qanı qanından, canı canından olan bu körpə məxluqu taleyin ümidinə buraxmaq üçün əsas deyil, ola bilməz. Dünyada körpəsini müdafiəsiz qoyan, atıb qaçan heyvan yoxdur. Hamısı…

Read More
Cəmiyyət 

“Dadı necədir?” – Prezidentin tələbələrlə maraqlı dialoqu – VİDEO

Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendini ziyarət edib və fəaliyyəti ilə tanış olublar. Dövlət başçısı və xanımı Dövlət Agentliyinin tabeliyindəki kollec tələbələri ilə söhbət ediblər, onların istehsal etdikləri çiyələyin dadı ilə maraqlanıblar. Prezident İlham Əliyev: – Dadı necədir? Stend iştirakçıları: – Çox gözəl dadı var. Mehriban Əliyeva çiyələkdən yeyib və çox gözəl daddığını söyləyib. Dövlət Agentliyinin sosial şəbəkə hesabında yayımlanan həmin görüntüləri təqdim edirik: Yeni Sabah

Read More