Yevlax rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma davam edir. (Qafqazinfo)
