Cəmiyyət 

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün – 2 fevral Azərbaycan Gəncləri Günüdür. Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan olunub. Ulu öndər Heydər Əliyev gənclər…

Read More
Cəmiyyət 

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? – VİDEO

Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında toy mərasimləri demək olar ki, təşkil olunmur. Elə bu səbəbdən də hər il Ramazan ərəfəsində restoranlarda və şadlıq evlərində toy sifarişlərinə ciddi tələbat yaranır. Bəs bu il vəziyyət hansı səviyyədədir? Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, şadlıq saraylarından bildirildi ki, yanvar-fevral aylarında toy mərasimlərinin sayı azalır. Eyni vəziyyətin bu il də davam etdiyi qeyd olunur. Şadlıq evlərinin inzibatçıları deyirlər ki, bu il Ramazan ayı ərəfəsində gözlənilən toy canlanması müşahidə olunmur və bunun bir neçə səbəbi var. Restoran inzibatçıları onu da bildiriblər…

Read More
Cəmiyyət 

Məktəblilərin qış tətili sabah başa çatır

Sabah ümumi təhsil müəssisələrində qış tətili başa çatır. Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edib. 5 gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil edilib.

Read More
Cəmiyyət 

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər…

Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir. Musavat.com bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır. Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır. El arasında belə bir deyim də var: “Böyük çillə dondurar, Kiçik çillə yandırar”.…

Read More
Cəmiyyət 

2 fevralda iş olacaq?

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş və iş günü olan bayramlar olaraq iki yerə bölünür. Gənclər Günü isə qeyri-iş günləri siyahısına daxil edilməyib. Bu səbəbdən 2 fevral iş günü hesab olunur.//Mətbuat.az

Read More
Cəmiyyət 

Azərbaycan səhiyyəsində tarixi nailiyyət: İlk ürək transplantasiyası

Ürək transplantasiya əməliyyatının Qafqazda ilk Azərbaycanda icra olunması üçün uzun yol qət edildi. Bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər elmi-praktiki dəyirmi masada çıxışı zamanı Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldı. Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”, – sədr əlavə edib. Mərkəz sədri qeyd edib ki, Azərbaycanda ilk meyit orqan…

Read More
Cəmiyyət 

Xankəndidə hazırda nə qədər erməni yaşayır?

Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır. Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb: “Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər”. Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana…

Read More
Cəmiyyət 

3 şöbə müdiri vəzifəsini itirdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib. Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib. Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər. Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib. Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon…

Read More
Cəmiyyət 

Azərbaycan opera kollektivi dünya səhnəsində

Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq. Musavat.com xəbər verir ki, tamaşada əsas partiya olan Mario Kavaradossi rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri izləyicilərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir. Qeyd edək ki, bu opera evi Ərəb dünyasında…

Read More