Cəmiyyət 

Qubanın rayon mərkəzindən 80 kilometr uzaqlıqda kənd mənzərəsi – VİDEO

Quba rayonu ümumilikdə Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ rayonları ilə həmsərhəddir. Amma, ən ucqar kəndi olan Muçu kəndi  Quba rayonunun Şabran, Xızı, İsmayıllı və Şamaxı rayonları ilə rayonun sərhədlərini bölüşür.  “İki sahil”in Şimal bürosu bildirir ki, Muçu kəndi Quba rayonunun ən ucqar kəndi olmaqla, Xaltan İnzibati Ərazi Dairəsinə daxildir. Kənd elektrik enerjisilə təmin olunsa da, təbii qazla təmin olunmayıb. Bu da yanacaq problemini gündəmə gətirir. Kənddə odun yanacağından isifadə olunur. Kəndlə qonşu olan Rəngidar kəndində vaxtilə həyat qaynasa da, bu gün bir neçə ev qalıb. Muçu və…

Read More
Cəmiyyət 

Bakının bu ərazisində su olmayacaq

Sabah Keşlə qəsəbəsində su kəsiləcək. Musavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində 19.01.2026-cı il tarixində gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Onlar Azərbaycan Yazıçılar Birliyindən xaric ediləcək

“Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahədə canlanma müşahidə olunur”. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. O, yazıçıların üzvlük haqqı ilə bağlı danışarkən qeyd edib ki, Birlikdən xaric olunma xəbərdarlığından sonra bəzi yazıçılar ödənişlərini həyata keçiriblər: “Mənim əlimdə tam statistika yoxdur, amma ödənişlər artıq başlayıb. Biz üzvlərimizi məsuliyyətsizlikdə günahlandırmırıq. Onlardan bəziləri müəyyən səbəblərdən ödəniş etməyib, bəziləri isə sadəcə unutmuşdu. Bu günlərdə bir çox yazıçı gəlir və ödənişlərini həyata keçirir. Fevralın 1-dək müddət var, ondan sonra konkret qərar veriləcək. Siyahıda tanınmış imzalar da mövcuddur.…

Read More
Cəmiyyət 

DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Musavat.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib. Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik: Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin; Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş…

Read More
Cəmiyyət 

Kəlbəcərdə uşaqların qar sevinci – VİDEO

Kəlbəcər şəhərində qar yağıb. Qarlı hava şəhərdə əsl qış ab-havası yaradıb, Kəlbəcərin dağlıq əraziləri, küçələri və yaşayış massivləri ağ örpəyə bürünüb. Musavat.com xəbər verir ki, qar yağışı ilə birlikdə havanın temperaturu aşağı düşüb, şəhərdə füsunkar qış mənzərələri yaranıb. Xüsusilə dağ yamaclarında və açıq ərazilərdə qar örtüyü daha qalın müşahidə olunur. Qar yağışı uşaqlar üçün isə əsl sevincə çevrilib. Qeyd edək ki, qarlı hava Kəlbəcərin təbii gözəlliyini daha da ön plana çıxarıb və bölgədə qışın özünəməxsus mənzərəsi formalaşıb.   Musavat.com

Read More
Cəmiyyət 

Şuşaya qar yağıb – FOTO

Şuşada qış özünü göstərib, şəhərə qar yağıb. Musavat.com xəbər verir ki, qar yağışı Şuşanın küçələrini, tarixi abidələrini və dağlıq ərazilərini ağ örpəyə bürüyüb. Şəhərdə qış mənzərəsi müşahidə olunur, hava temperaturu isə xeyli aşağı düşüb. Qeyd edək ki, qar yağışı Şuşanın təbii gözəlliyini daha da ön plana çıxarıb, burada füsunkar qış görüntüləri yaradıb.   Musavat.com

Read More
Cəmiyyət 

FHN: Şamaxı və Ağsuda zəlzələ nəticəsində dağıntı, insan xəsarəti barədə məlumat daxil olmayıb

Fövqəladə Hallar Nazirliyinə (FHN) Zəlzələ nəticəsində hər Şamaxı və Ağsuda hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb. “İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Read More
Cəmiyyət 

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?-Seysmoloq açıqladı

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 kilometr cənubda 3,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss edilib. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Musavat.com-a açıqlama verib. O bildirib ki, qeydə alınan yeraltı təkanlar Yer daxilində gedən təbii dinamik proseslərin nəticəsidir:“Planetimiz canlı bir orqanizm kimidir. Onun daxilində də tektonik plitələrin və blokların hərəkəti baş verir. Bu bloklar daim hərəkətdədir, sakit və sabit vəziyyətdə qalmır. Buna…

Read More
Cəmiyyət 

Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında elmi-praktiki seminar

17 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında “Dərmana Davamlı Vərəm və Digər Rezistent İnfeksiyaların İdarə Olunmasına Müasir Yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.   Tədbiri giriş sözü ilə açan Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasının idarə aparatının rəhbəri və baş həkimi Mirrəhim Nəbiyev qonaqları salamlamış, daha sonra Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.   Seminar zamanı ölkəmizdə vərəmlə mübarizə sahəsində…

Read More
Cəmiyyət 

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib. “İki sahil” xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər. Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların…

Read More