Cəmiyyət 

Gecə və növbəli işdə çalışanların nəzərinə!

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Read More
Cəmiyyət 

Bu sahələrdə çalışanların maaşı daha yüksək olub – RƏSMİ

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Musavat.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı,…

Read More
Cəmiyyət 

Hədə ilə işçini əlavə işlətmək qadağan edildi

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Read More
Cəmiyyət 

İşçilər bu hallar aşkar edildikdə işdən çıxarılacaq

İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə biləcək: işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə; müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; əmək vəzifələrinin…

Read More
Cəmiyyət 

İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağlı qaydalarda dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunacaq.

Read More
Cəmiyyət 

Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni QAYDA

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatı qaydalarında dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq. Qeyd edək ki, daha əvvəl məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılırdı.

Read More
Cəmiyyət 

Rauf Vəliyev vəzifəsini niyə itirdi? — SENSASSİON DETALLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb. Musavat.com “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı. Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi. Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz…

Read More
Cəmiyyət 

Azərbaycana güclü soyuqlar gəlir – Bakıda hava BELƏ OLACAQ

Meteoroloqlar 2026-cı ilin qış mövsümünün bir çox regionlarda normadan daha soyuq keçəcəyini proqnozlaşdırır ki, bu da Bakıda da soyuq hava dalğalarının hiss olunacağı ehtimalını artırır. Musavat.com Severe Weather-ə istinadən xəbər verir ki, qlobal hava modellərinə görə, Stratosferik istiləşmə və Polyar Vorteksdəki qeyri-sabitlik Avropada soyuq hava kütlələrinin şərq və cənub istiqamətinə yayılmasına səbəb olacaq, bu da qitədə və qonşu regionlarda temperaturun kəskin aşağı düşməsinə gətirib çıxara bilər. Avropanın mərkəzi və şərq hissələrində soyuq hava artıq özünü göstərməkdədir və Arktika mənşəli soyuq hava kütlələrinin davam edəcəyi bildirilir, bu da qar yağışı və aşağı…

Read More
Cəmiyyət 

Yas mərasimləri ilə bağlı ŞOK QƏRAR – Bu adətlər tam dəyişəcək

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu…

Read More