Cəmiyyət 

Uşaqların alimenti ilə bağlı YENİLİK

Yeni ildən minimum yaşayış səviyyəsinin artması alimentlərin avtomatik yüksəlməsi demək deyil. Azərbaycan qanunvericiliyinə görə aliment məbləği məhkəmə qərarı və ya valideynlər arasında razılaşma ilə müəyyən olunur”. Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Rəşad Əliyev bildirib. O deyib ki, aliment konkret məbləğ kimi təyin edilibsə, yaşayış minimumunun artması bu ödənişi avtomatik artırmır: “Bu halda aliment alan tərəf məhkəməyə müraciət etməlidir. Müraciətdə uşağın xərclərinin artdığı və ümumi həyat bahalaşması əsas göstərilə bilər. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq yeni məbləğ müəyyən edir. Əgər aliment yaşayış minimumuna və ya onun müəyyən faizinə bağlı təyin edilibsə,…

Read More
Cəmiyyət 

Qaxda yollar xüsusi texnika ilə təmizlənir

Qax rayonunun bir sıra dağ kəndlərinə güclü qar yağıb, yollar xüsusi texnika ilə qardan təmizlənir. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 13 nömrəli Yol İstismarı MMC-dən məlumat verilib. Bildirilib ki, səhər saatlarından etibarən, Qorağan-Qax-Zaqatala, Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu avtomobil yollarında hərəkətin intensivliyini təmin etmək üçün yollar texnikalar vasitəsilə qardan təmizlənib. Hazırda Qaxın Sarıbaş kəndində qarın qalınlığı 30, İlisu kəndində isə 20 santimetrdir.

Read More
Cəmiyyət 

İmişlidə heyvan satışı bazarı açılıb

İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib. “İki sahil” xəbər verir ki, bazar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, daha əvvəl bir neçə rayonun da heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

Read More
Cəmiyyət 

Ağdərənin Çıldıran kəndində elektrik və qaz xətləri bərpa edilib

Ağdərə rayonunun Çıldıran kəndində iki mövcud transformator, elektrik və qaz xətləri bərpa olunub. “İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib. O, Çıldıran kəndində tarixi əhəmiyyətli qədim abidələrin olduğunu vurğulayıb: “Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə…

Read More
Cəmiyyət 

Aşağı Oratağ kəndində 100 ev istismara hazırdır

Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş bərpa işlərindən sonra 100 ev istismara hazırdır. “İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib. Onun sözlərinə görə, Aşağı Oratağ kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir: “İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı…

Read More
Cəmiyyət 

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi təmin edilir – AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür. “İki sahil” xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir. Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi…

Read More
Cəmiyyət 

Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfindədir – DİN-dən ÇAĞIRIŞ

Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur. Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər. DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada…

Read More
Cəmiyyət 

ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Musavat.com xəbər verir ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

Read More
Cəmiyyət 

Bu bölgələrə hazırda güclü QAR YAĞIR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür. Musavat.com agentliyə istinadən xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir. Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və…

Read More
Cəmiyyət 

Zaqatalaya 30 sm qar yağdı

Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir…

Read More