Ekspertdən sərnişin ölümü ilə bağlı SOS: “Niyə metroda şüşə baryerlər quraşdırılmır?!”
Dəfələrlə şahidi olmuşuq ki, Bakı metrosu faciələrin səhnəsinə çevrilir. Təəssüf ki, bu gün də oxşar bir hadisə baş verdi: 50–55 yaşlarında bir kişi sərnişin qatar platformaya daxil olan zaman relslərə düşüb. Qatar maşinisti dərhal əyləci sıxaraq müdaxilə etsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bakı Metropolitenində neçə illərdir eyni hadisələr təkrar olunur. İnsan relsə düşür, kimsə itələnir, kimsə huşunu itirir, bəzən faciə ilə bitir. Bunları hamımız bilirik, hamımız görmüşük. Amma qəribə olan odur ki, bu qədər hadisə baş verdiyi halda, bu…
Read More