Cəmiyyət 

Azərbaycanlıları 13 qeyri-iş günü gözləyir: Mart tətil ayına çevrilir

2626-cı ilin mart ayı Azərbaycanda istirahət baxımından ilin ən rahat dövrlərindən biri olacaq. Rəsmi bayramların, həftəsonlarının və əlavə istirahət günlərinin üst-üstə düşməsi nəticəsində ay ərzində ümumilikdə 13 qeyri-iş günü formalaşacaq. Musavat.com xəbər verir ki, yayılan məlumata görə, martın 8-i – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 9 mart da qeyri-iş günü elan olunacaq. Novruz və Ramazan: uzun fasilə yaranır Mart ayının əsas istirahət yükü isə Novruz və Ramazan bayramları ilə bağlıdır. Rəsmi təqvimə əsasən: • 20, 21, 22, 23 və 24 mart – Novruz bayramı…

Read More
Cəmiyyət 

Bu qəzetlər bahalaşdı

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb. Musavat.com “Trend”ə istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir. Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artımla 1 manata, “Bakı Xəbər” 20 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artımla 70 qəpiyə, “Səs” 40 qəpik artımla 1 manata satılır. 60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb. Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb. Bu muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir. Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə…

Read More
Cəmiyyət 

Martda 13 qeyri-iş günü olacaq

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur. Musavat.com Trend-ə istinadla xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib. Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21…

Read More
Cəmiyyət 

Şuşakənd ilk əsgərini qarşıladıFOTO

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşıladı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb. Musavat.com xəbər verir ki, bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir. Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qaldı. Valideyinlər üçün bu görüş həm…

Read More
Cəmiyyət 

Azərbaycan bu qadağanı ARADAN QALDIRDI

Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bu barədə Musavat.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. AQTA Azərbaycan ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş…

Read More
Cəmiyyət 

Azad edilmiş ərazilərdə 2025-ci ildə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlı görülmüş işlər açıqlanıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində fəaliyyətini davam etdirir. Musavat.com xəbər verir ki, son bir il ərzində bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir telekommunikasiya xidmətləri ilə təmin olunub. Hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub. Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt…

Read More
Cəmiyyət 

Novruz çərşənbələrinin TARİXLƏRİ BİLİNDİ

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.

Read More
Cəmiyyət 

Prezident nəvələri ilə Şahdağda xizək sürdü – FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə Şahdağa gedib. Musavat.com xəbər verir ki, dövlət başçısının Şahdağa səfəri ilə bağlı görüntüləri nəvəsi Əli Ağalarov paylaşıb. Fotolarda Prezident İlham Əliyev, qızı Leyla Əliyeva və ailə üzvləri yer alır. Əli Ağalarov paylaşdığı şəkillərə “Bu gün babamla xizək sürdük” qeydini əlavə edib. Həmin görüntüləri təqdim edirik:  Şahanə Rəhimli Musavat.com

Read More