Cəmiyyət 

Prezident nəvələri ilə Şahdağda xizək sürdü – FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə Şahdağa gedib. Musavat.com xəbər verir ki, dövlət başçısının Şahdağa səfəri ilə bağlı görüntüləri nəvəsi Əli Ağalarov paylaşıb. Fotolarda Prezident İlham Əliyev, qızı Leyla Əliyeva və ailə üzvləri yer alır. Əli Ağalarov paylaşdığı şəkillərə “Bu gün babamla xizək sürdük” qeydini əlavə edib. Həmin görüntüləri təqdim edirik:  Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Azərbaycanın ən gənc naziri odur – FOTO

Son 10-12 ildə Azərbaycan hakimiyyətində gəncləşmə prosesi gedir. Yaşlı məmurları gənc və perspektivli kadrlar əvəzləyir. Azərbaycanın ən gənc naziri Vüqar Mustafayevdir. O, 37 yaşında müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub. 39 yaşını yenicə tamamlamış nazirlə bağlı məlumatları təqdim edirik: Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib. V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim…

Read More
Cəmiyyət 

SOSİALDİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir. Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi? Publika.az xəbər verir ki, Konkret.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb. O bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi…

Read More
Cəmiyyət 

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb. Publika.az xəbər verir ki, bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib. O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub: “Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuşdur. Gecə saatlarında hava şəraitinin son…

Read More
Cəmiyyət 

Yük maşını Şuşa-Xankəndi yolunu bağladı-VİDEO

Qarlı hava səbəbindən Șuşa-Xankəndi yolunda yük mașını sürüşərək yolu bağlayıb. Musavat.com-a daxil olan məlumata görə, onlarla maşın 2 saata yaxın yolda qalıb. Vətəndașların 112 və 102-yə kömək göstərilməsi ilə bağlı müraciətindən sonra Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları vəziyyətə müdaxilə edib və qısa zamanda məsələ öz müsbət həllini tapıb. Nigar, Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb. “İki sahil” xəbər verir ki, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə…

Read More
Cəmiyyət 

Mehriban Əliyeva: Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günündə Prezident İlham Əliyevlə birgə fotosunu paylaşıb. “İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunub: “Əziz həmvətənlərim, bacı-qardaşlarım! Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin. Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün. Çünki…

Read More
Cəmiyyət 

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər. Leyla Əliyeva və…

Read More
Cəmiyyət 

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həssas əhali qruplarına aid olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib. Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə…

Read More
Cəmiyyət 

Prezidentin qızları ahıl şəxslərlə Yeni il süfrəsində- Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Musavat.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham…

Read More