Cəmiyyət 

Necə edək ki, kiberdələduzların qurbanına çevrilməyək?

Bəhruz Əliyev: Banklar heç vaxt OTP kodu tələb etmir Son dövrlərdə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. Xüsusilə mobil telefon istifadəçiləri hədəf alınır və müxtəlif üsullarla insanların şəxsi məlumatları ələ keçirilir. Dələduzlar texnologiyanın imkanlarından istifadə edərək daha gizli və təsirli metodlara üstünlük verirlər. Ən çox rast gəlinən üsullardan biri saxta QR kodlardır. İctimai yerlərdə, elan lövhələrində, kafe və mağazalarda yerləşdirilən bu kodlar istifadəçiləri şübhəli internet səhifələrinə yönləndirir. QR kodu skan edən şəxslər bilmədən telefonlarına zərərli proqramların yüklənməsinə və ya şəxsi məlumatlarının dılıduzlara ötürülməsinə şərait yaradırlar. Kiberdələduzlar, eyni zamanda, saxta SMS-lər…

Read More
Cəmiyyət 

Culfa yollar qardan təmizlənir

Dünən günün ikinci yarısından başlayaraq Culfa şəhəri və rayonun kəndlərinə yağan qarın insanların gündəlik həyatına mənfi təsir göstərməməsi üçün Culfa Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlərə başlanılıb. “İki sahil” xəbər verir ki,  magistral və kəndlərarası yolların qardan təmizlənməsi məqsədi ilə gecə saatlarından etibarən “Naxçıvan Yol Tikinti İstismar” MMC-nin Culfa Sahəsi tərəfindən əraziyə xüsusi texnikalar cəlb olunub, nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, şəhər ərazisində parklar, səkilər, piyada yolları qardan təmizlənir, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılır. Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində qış hava şəraitinin…

Read More
Cəmiyyət 

Bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısaldılmış iş günüdür. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır. Qeyd edək ki, sabah – 31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. (Metbuat.az)

Read More
Cəmiyyət 

Qapalı məkanlarda maska taxın! – Əhaliyə müraciət

İctimai sağlamlığı qorumaq və infeksiyaların yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi vətəndaşları qarşıdan gələn bayram və həftəsonları ərzində sanitariya-gigiyena qaydalarına xüsusi diqqət yetirməyə çağırır. Musavat.com xəbər verir ki, virusa qarşı həssaslığı yüksək olan şəxslərə ictimai tədbirlər zamanı və qapalı məkanlarda fərdi tənəffüs yollarının mühafizə vasitələrindən istifadə etmələri və əl gigiyenasına riayət etmələri tövsiyə olunur. Həmçinin gündəlik qida rasionuna vitaminlərlə zəngin qidaların daxil edilməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına qarşı xüsusilə həssas və məsuliyyətli olmalı, özünü və başqalarını potensial infeksiya risklərindən qorumalıdır. Sağlamlıq ortaq bir məsuliyyətdir.

Read More
Cəmiyyət 

“O halda repetitorluğa lüzum qalmayacaq…” – Abbaszadədən mübahisəli təklif

Nazirliklə DİM arasında koordinasiyanın olmaması abituriyentləri çətinə salıb   Son illər ali məktəblərə qəbul prosesi ilə bağlı əsas narazılıqlardan biri qəbul imtahanlarında salınan suallarla məktəb dərsliklərində yer alan mövzular arasında açıq tərs mütənasibliyin olmasıdır. Abituriyentlər və valideynlər uzun müddətdir bildirirlər ki, məktəbdə tədris olunan biliklər imtahanlarda tələb olunan bilik və bacarıqlarla üst-üstə düşmür.  Bu vəziyyətin əsas səbəbi kimi isə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yetərli koordinasiyanın olmaması göstərilir. İllərdir səsləndirilən fikirlərə görə, iki qurumun ortaq mövqeyə gələ bilməməsi nəticəsində ən çox əziyyət çəkən tərəf abituriyentlər olur. Təhsil…

Read More
Cəmiyyət 

Bayram günlərindən sonra qida rejiminin bərpası – SN-dən tövsiyələr

“Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda “Sabahdan etibarən pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğru addım özünü ittiham eləmək yox, bədəni tədricən normal ritmə qaytarmaqdır”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar, qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanı daha da stresə salır: “İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslı yeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol su və bir qədər hərəkət. Məqsəd…

Read More
Cəmiyyət 

“Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam” – Misir Mərdanov

“Belə bir şeyin olacağını gözləyirdim. Ona görə də qətiyyən pis olmadım”. Bunu Musavat.com-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılmasından danışarkən deyib. O, hazırda iş yerində olduğunu bildirib: “İndi elə masa arxasında əyləşmişəm. Hələlik yeni yaradılmış instituta direktor təyin olunmayıb, bu işi Elxan Səbziyevə müvəqqəti tapşırıblar. Allaha şükür ki, mənim də işim var, o istiqamət üzrə işimi davam etdirəcəyəm. Düşünmürəm ki, bundan sonra hansısa problem yaşayım”. Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək,…

Read More
Cəmiyyət 

FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə yaxın günlərdə bir sıra ərazilərdə yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi, əsasən dağlıq rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi yerlərdə güclü külək əsəcəyinin proqnozlaşdırıldığı bildirilib. Bu səbəbdən nazirlik müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb: “Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən…

Read More
Cəmiyyət 

DİN-dən bayram günlərində səfərə çıxanlara müraciət – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ünvanlayıb. Musavat.com xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin yaydığı müraciətdə deyilir: “Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir. – Avtomobilin texniki sazlığını yoxlayın; – Günün erkən saatlarında yola çıxın; – Sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠ –…

Read More