Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara…

Read More
Cəmiyyət 

Ağdərədə radio və televiziya stansiyaları

Ağdərə rayonu ərazisində yerləşən “Talış”, “Kiçik Qarabəy” və “Həsənriz” radio-televiziya yayım stansiyalarının fəaliyyəti yenidən təmin olunub. Musavat.com xəbər verir ki, AZCON Holding-in tərkibinə daxil olan “Radioteleviziya yayımı və peyk rabitəsi” MMC tərəfindən həyata keçirilən işlər çərçivəsində sözügedən stansiyalar tam şəkildə bərpa edilərək istismara verilib. Məlumata görə, bərpa prosesi zamanı müasir texniki avadanlıqlar quraşdırılıb, yayım infrastrukturunun dayanıqlılığı və keyfiyyəti artırılıb. Bu addım bölgədə radio və televiziya yayımının əhatə dairəsinin genişləndirilməsinə, eləcə də informasiya təminatının gücləndirilməsinə xidmət edir. Qeyd olunur ki, Ağdərə rayonu ərazisində həyata keçirilən bu cür layihələr azad edilmiş ərazilərdə…

Read More
Cəmiyyət 

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. “İki sahil” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Read More
Cəmiyyət 

Şuşada yollar buz bağladı – Köməksiz vəziyyətdə qalanlar xilas edildi

Şuşada yollar buz bağlayıb, avtomobildə olanlar köməksiz vəziyyətdə qalıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “Hyundai” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.

Read More
Cəmiyyət 

Bayram günləri ilə bağlı VACİB MƏLUMAT: Qrafik AÇIQLANDI

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və Azərpoçt MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış…

Read More
Cəmiyyət 

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu – RƏSMİ

Elim və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib. Musavat.com xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib. Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir. M.Mərdanov isə həmin instutun elmi işçisidir. “Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat…

Read More
Cəmiyyət 

Qaz limiti ilə bağlı VACİB AÇIQLAMA – RƏSMİ

İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. Musavat.com xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də “smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək: “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”. E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir: “Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”. O, qeyd…

Read More
Cəmiyyət 

Böyük Qayıdış: Bu il 29 yaşayış məntəqəsinə köç olub

Bu il Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə – 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi bu il ərzində ardıcıl və planlı şəkildə həyata keçirilib. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı,…

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub. “İki sahil” xəbər verir ki,  Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər. Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatıb.

Read More