Gündəm 

Əmək qabiliyyətini itirənlərə müavinət- Tam ödəniləcək

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək”. Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib. “Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu” , – Emil…

Read More
Gündəm 

Bir ailənin 4 üzvü qidadan zəhərləndi – 11 yaşlı oğlan öldü

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Musavat.com APA-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb. İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Gündəm 

DƏYƏRLİ QADIN,GÖZƏL XANIM, GÜNÜNÜZ MÜBARƏK!

Şeyda Əzizova Əziz qızı – həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə seçilən Azərbaycan xanımıdır. O, sözün gücünə məsuliyyətlə yanaşan, cəmiyyətin maariflənməsində öz əməyini əsirgəməyən bir ziyalıdır. Media sahəsində dürüstlüyü və obyektivliyi, pedaqoji fəaliyyətində isə səbr və qayğıkeşliyi ilə nümunə göstərilən simalardandır. Aran Media İnformasiya GROUP olaraq keçmişdən bu günə kimii bir çox uğurlu və yaddaqalan tədbirlərə imza atmışıq. Bu tədbirlərin hər birində peşəkarlığı ,yüksək səviyyəli təşkilatçılığı ilə Şeyda Əzizovanın imzası danılmazdır . Gördüyümüz işlərin keyfiyyəti Şeyda Əzizovanın idealarının məhsulu olub,olmağa da davam edir.Bu baxımdan Şeyda xanımın fəaliyyəti Aran Media…

Read More
Gündəm 

Fəzail Ağamalı-“Quska” davası – 19 il əvvəl nə baş vermişdi?

Ana Vətən Partiyasının sabiq sədri və keçmiş deputat Fəzail Ağamalının bu il fevralın 9-da vəfatından sonra onun ictimai-siyasi fəaliyyəti sosial şəbəkə və mediada müzakirə edilməkdədir. O, siyasi fəaliyyəti dövründə bir neçə siyasi qalmaqalın birbaşa iştirakçısı olub. Bunlardan biri də tanınmış bəstəkar, “Quska” ləqəbli nüfuzlu iş adamı Hüseyn Abdullayevlə olan əlbəyaxa dava olub. 2007-ci ilin 16 martında, Nazirlər Kabinetinin Milli Məclis üzvləri qarşısında hesabatı zamanı Fəzail Ağamalı ilə deputat Hüseyn Abdullayev arasında baş vermiş mübahisə gərginləşərək fiziki qarşıdurmaya çevrilib. Bu hadisə Azərbaycanın siyasi tarixində parlament səviyyəsində nadir davalardan biri kimi qalaraq…

Read More
Gündəm 

Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? – Deport olunarkən…

Milli Şura liderlərindən biri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deport olunması ilə bağlı bəzi detallar məlum olub. Musavat.com xəbər verir ki, bu barədə məlumatı AXCP liderlərindən biri Fuad Qəhrəmanlı açıqlayıb. Fuad Qəhrəmanlının sözlərinə görə, Gültəkin Hacıbəyli deportasiya prosesindən sonra Bakıya gəlib və hava limanında müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən qarşılanıb. Onun sözlərinə görə, hər hansı saxlanma və ya əlavə məhdudiyyət tətbiq olunmayıb və o, sərbəst şəkildə evinə yollanıb. Qəhrəmanlı bildirib ki, hazırda Gültəkin Hacıbəylinin telefon əlaqəsi mümkün deyil. Buna səbəb isə deportasiya zamanı mobil telefonunun Türkiyədə təhsil alan oğlunda…

Read More
Gündəm 

Gültəkin Hacıbəyli azadlığa buraxılıb?

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib. Bununla bağlı məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində paylaşıb. O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı. O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.//Bakupost.az

Read More
Gündəm 

“Qida məhsullarının bahalaşması davam edə bilər” – VİDEO

Bu ilin yanvar ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma balıq və süd məhsullarının, yumurtanın və kolbasa məmulatlarının qiymətlərində müşahidə edilib. Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, paralel olaraq qida rasionunda olan digər məhsulların da qiyməti də artıb. Ucuzlaşan qida məhsullarının siyahısı isə kiçikdir. Ucuzlaşma yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü və tomat pastasının qiymətlərində müşahidə edilir. İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, ərzaq məhsullarındakı bu artım il ərzində artan xəttlə davam edə bilər. İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, məhsulun yekun qiyməti onu yaradan xərclərdən asılıdır. Ölkəmiz idxaldan…

Read More
Gündəm 

Yeni direktorlar təyin olundu – KİMLƏRDİR?

Altı məktəbə direktor təyinatı həyata keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Siyahını təqdim edirik: Günel Vilayət qızı Hacıyeva – Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Pərvanə Qurban qızı Həmidova – Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Leyla Hümbət qızı Camalzadə – Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Günel Oruc qızı Muradova – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru; Günel Elçin qızı Məmmədova –…

Read More
Gündəm 

Külək, qar və soyuq davam edir – Hava nə zaman isinəcək?

Fevral ayı ölkə ərazisində dəyişkən və qeyri-sabit hava şəraiti ilə müşayiət olunur. Bir neçə gün əvvəl havanın nisbətən günəşli və mülayim keçməsi, temperaturun mövsüm normasına yaxın olması müşahidə edilsə də, son günlərdən etibarən hava şəraitində yenidən kəskin dəyişiklik baş verib. Temperatur enib, bir sıra bölgələrdə qar yağmağa başlayıb, külək güclənib, bəzi ərazilərdə isə yolların buz bağlaması qeydə alınıb. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntı daha intensiv xarakter alıb. Paytaxt və aran rayonlarında isə hava əsasən soyuq və küləkli keçir. Qısa zaman kəsiyində müşahidə olunan bu dəyişkənlik fevral ayı üçün xarakterik…

Read More
Gündəm 

Bu qurumlara yeni səlahiyyətlər verildi – FƏRMAN

“İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli fərmanlarında dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması maddəsi ilə bağlı səlahiyyətli qurumlar müəyyənləşib. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT), xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının yerli filial və ya nümayəndəliklərinin və yaxud bankların “Qrant haqqında”…

Read More