Sabah zəif duman olacaq
Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer…
