Bu gün keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı duyğulu anlar yaşanıb.
Musavat.com Redaktor.az-a istinadən xəbər verir ki, imtahanda iştirak edən fiziki tərbiyə müəllimi olan ər-arvadın nəticələri və sevinc dolu reaksiyaları diqqət çəkib.
Belə ki, qadın 43, həyat yoldaşı isə 53 bal toplayaraq sertifikasiya imtahanından uğurla keçib. Nəticələrin açıqlanmasından sonra onların sevinc hissləri maraqla qarşılanıb.
Cütlüyün səmimi və emosional anları imtahan gününün yaddaqalan məqamlarından biri olub.
Həmin görüntüləri təqdim edirik:
