Hava 

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Fevral ayının ortaları olsa da, havalar daha çox yaz fəslini xatırladır. Ötən ilin eyni dövründə isə ölkədə qış öz sərt üzünü göstərir, günlərlə davam edən güclü qar və şaxtalı hava şəraiti müşahidə olunurdu.  Bu il dəyişən nə oldu? Mart ayı qış fəsli kimi keçə bilərmi? Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hazırda Bakıda temperatur 10-12 dərəcə arasında dəyişir və hava əsasən günəşlidir: “Bu göstəricilər fevral ayı üçün xarakterik deyil, o cümlədən orta aylıq normadan təxminən 5-6 dərəcə yüksəkdir. İqlim üzrə aparıcı beynəlxalq elmi dairələr artıq qlobal temperatur artımının 1,5 dərəcəlik həddi keçdiyini bildirirlər. Bu, iqlim dəyişikliyi…

Read More
Hava 

Son günlər Azərbaycanda havanın isti keçməsinin səbəbi açıqlanıb

İsti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə olunur. “İki sahil” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Xidmət rəsmisi bildirib ki, isti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə edilir. G.Məmmədovanın sözlərinə görə, son 10-15 il ərzində Bakıda havanın maksimal temperaturu fevralda 25 dərəcə isti olub: “Bu il isə hələ 2026-ci il fevral ayının 17-dək havanın maksimal temperaturunun bölgələrdə və Bakıda,…

Read More
Hava 

Sabah ilin ilk Günəş tutulması olacaq

İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Publika.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək. Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən…

Read More
Hava 

​Fevralın 24-də bu bayram qeyd olunacaq

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə – təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir. Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına…

Read More
Hava 

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°…

Read More
Hava 

Həftənin ilk günü 20 dərəcə isti olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacağı gölzənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20°…

Read More
Hava 

Bazar günü yağış yağacaq – PROQNOZ

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı…

Read More
Hava 

Hava kəskin DƏYİŞİR: Güclü külək XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə fevralın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Hava 

Bu gün hava necə olacaq? – Proqnoz

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Bu barədə Publika.az–a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10°…

Read More