Hava 

Hava kəskin dəyişəcək – Qar yağacaq

Fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək

Read More
Hava 

Sabah hava yağıntılı olacaq – PROQNOZ

Azərbaycanda fevralın 4-də havanın yağıntılı olacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı…

Read More
Hava 

Hava ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI – Fevralın 5-dək…

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Musavat.com FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.…

Read More
Hava 

Bakıya qar yağacaq – Bu tarixdə

Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində və fevralın 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Read More
Hava 

Sabah yaz havası olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı…

Read More
Hava 

SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi

Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Hava 

Bu gün hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1 dərəcə…

Read More
Hava 

Bakıda leysan olacaq -XƏBƏRDARLIQ

Yanvarın 29-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.

Read More
Hava 

Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan…

Read More