Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Azərbaycanın bəzi yerlərində oktyabrın 18-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan…
Read More