Şahdağa qar yağır
Mayın 17-i saat 10:55-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır. Bu barədə Publika.az–a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qarın hündürlüyü Şahdağda 5 sm olub. Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir. Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın…
Read More