Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək. İyunun 23-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı,…
Read More