Ünvanlı sosial yardımın məbləği ARTIRILACAQ?

Ünvanlı sosial yardımın məbləğinin artırılacağı ilə bağlı gözləntilər yaranıb. Bu mövzu ilə bağlı sosial şəbəkələrdə müzakirələr artıb. Vətəndaşların sözlərinə görə, bu fikrin yaranması üçün bəzi əsaslar formalaşıb. Məsələn, Dövlət Statistika Komitəsinin son açıqlamasına baxsaq, görərik ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb. Bununla da ortaaylıq…

Daha çox ..

Azərbaycanda ət bahalaşaraq Avropadakı qiymətə satılacaq: Bunda kimlər maraqlıdır?

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 26,4 min tondan çox ət idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən ətin dəyəri 44,9 faiz və ya 18,1 milyon dollar, həcmi isə 23,7 faiz və ya 5 min ton artıb. Ölkəyə ət idxalında artım qeydə alındığı kimi, qiymətlərdə də…

Daha çox ..

“Məşğulluğa dəstək layihəsi” Dünya Bankının yüksək mükafatına layiq görülüb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi”nin uğurlu icrası Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mükafat innovativ inkişafı dəstəkləyən, habelə həssas qrupdan olan insanların sosial…

Daha çox ..

Pensiya, sosial yardım və müavinət alanlara şad xəbər

Ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə “Sosial tərəfdaş” layihəsi çərçivəsində 30 %-ə qədər endirim təklif edir. “İki sahil” xəbər verir ki, bu kateqoriyadan olan şəxslər bu günədək tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər. Sosial…

Daha çox ..

Reabilitasiya xidmətlərindən faydalanmaq istəyənlər üçün bir neçə yeniliyin tətbiqinə başlanılıb

    Artıq e-sosial.az platformasından reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar “e-sosial.az” ➡️ “e-Xidmətlər” ➡️ “Yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı” bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Eyni zamanda, reabilitasiya…

Daha çox ..

Ötən ay sosial müavinət və təqaüd alanların sayı AÇIQLANDI

2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Musavat.com-a məlumat verilib. Bildirilib ki, onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Daha çox ..

Ötən ay 845 min nəfərdən çox vətəndaş müavinət və təqaüd alıb

2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb. Dövlət Sosial Müdafiə Fondundan “İki sahil”ə verilən məlumata görə, ötən ay 845 min nəfərdən çox vətəndaş müavinət və təqaüd alıb. Qeyd edilib ki, onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Daha çox ..

Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 15,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Nazirlikdən “İki sahil”ə bildirilib ki, onlardan 979 nəfəri stasionar, 10 min nəfəri ambulator, 941 nəfəri icma əsaslı, 3,3 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 253 nəfəri səyyar reabilitasiya…

Daha çox ..

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların…

Daha çox ..