Sloveniyanın İnfrastruktur Nazirliyi: “Potensial alternativ mənbələrdən biri Azərbaycandır”
“Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür”. Bu barədə “Trend”ə açıqlamasında Sloveniyanın İnfrastruktur Nazirliyinin Energetika Departamentinin direktoru Hinko Solink deyib. “Biz Sloveniyada hazırda xüsusən daha çox potensial gördüyümüz Günəş enerjisi istehsalının təşviqinə fokuslanmışıq. Lakin həmçinin külək, hidro, geotermal enerji və biokütlənin istifadə olunduğu layihələri, o cümlədən alternativ enerji mənbələrindən hidrogen…
