Sosial 

Bakıda “Narkoman” ana 2 yaşlı uşağını parkda qoyub getdi – VİDEO

Bakıda küçədə azyaşlı körpə tapılıb.

ARANTV.AZ lent.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda bildirilib ki, 1940-cı il təvəllüdlü baba və təxmin 2 yaşı olan uşaq gecə saatlarında Nərimanov parkında aşkar edilib. Məlumata görə, uşağın anası narkotik istifadəçisidir.

Bildirilib ki, Kürdəmir rayon sakini olan baba məktəblərin birində direktor vəzifəsində çalışıb.

 

Daha çox xəbərlər